Video nəzarət sistemləri üzrə Help Desk mütəxəssisi
GPS xidmətlərinin Azərbaycanda aparıcı inteqratoru “GPS Solutions” MMC “Video nəzarət sistemləri üzrə Help Desk (Texniki Dəstək)” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
Texniki dəstək: Müştərilərdən gələn zənglərin və yazılı müraciətlərin operativ şəkildə qəbul edilməsi və cavablandırılması.
Sazlama və diaqnostika: Video nəzarət avadanlıqlarının (kameralar, qeyd cihazları, proqram təminatı) məsafədən konfiqurasiyası və yaranmış nasazlıqların ilkin diaqnostikası.
Hesabatlılıq: Müştəri tələblərinə əsasən sistemin işi və baş vermiş hadisələrlə bağlı mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi.
Müştəri məsləhəti: İstifadəçilərə video nəzarət proqramlarından və mobil tətbiqlərdən istifadə qaydaları barədə məlumatın verilməsi.
Koordinasiya: Texniki problemlərin həlli üçün sahə mühəndisləri ilə sıx əməkdaşlıq və sorğuların yönləndirilməsi.