Kosmetik sahə üzrə Satış təmsilçisi
İş haqqında məlumat:
Mağazaya daxil olan müştərini gülərüz və nəzakətlə salamlamaqMüştərinin ehtiyaclarını müəyyən etmək, diqqətlə dinləyib və sorğularını dəqiqləşdirm
Müştərinin istəklərinə uyğun məhsulu təqdim etmək, məhsulun keyfiyyəti, xüsusiyyətləri, istifadəsi və qiyməti barədə dolğun məlumat vermək.
Alternativ məhsullar təklif edərək müştərinin seçim imkanlarını genişləndirmək.
Müştərinin verdiyi suallara dəqiq, düzgün və aydın cavab vermək.
Məhsulların qiymət etiketlərinin düzgün qeyd olunmasına, kampaniya və endirim dövrlərində qiymətlərin vaxtında yenilənməsinə nəzarət etmək.
Müştərinin doğru seçim etməsinə kömək edib, alış prosesini asanlaşdırmaq.
Müştəri məhsul almağa qərar verdikdə onu nəzakətlə kassaya yönləndirmək..
Satış zalında məhsulların səliqəli, düzgün və standartlara uyğun şəkildə düzülməsinə nəzarət etmək.
Mağaza daxili qaydalara, etik davranış normalarına və intizam tələblərinə əməl etmək.
Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri, stoku və qiymətləri haqqında tam informasiyaya sahib olmaq.
Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və düzgün icra etmək.
Heç bir halda müştərilərdən pul götürməmək və xəzinədara yönəltmək.
Hər bir satışı mütləq tamamlamalı, iadələrdə fiş tələb etmək, qaydalar çərçivəsində iadə qəbul edib, iadə yazan satış menecerinə yönəltmək.
Şirkətə və müştərilərə aid informasiya və sir sayıla biləcək məlumatları heç kiminlə bölüşməmək.
İş yerini tərk edən zaman ( yemək,çay fasiləsi, və digər ehtiyaclar üçün) mağaza müdirini məlumatlandırmaq və icazəli hərəkət etmək.