Ana Səhifə
Vakansiyalar

Zəif axın işləri üzrə layihəçi mühəndis

Zəif axın işləri üzrə layihəçi mühəndis

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Estet şirkəti 28 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik, təhlükəsizlik sistemləri üzrə məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət,  bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir.

Şirkət  namizədləri Zəif axın işləri üzrə layihəçi mühəndis vakansiyası üzrə müracit etməyə çağırır.

İşin təsviri:

  • Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili

  • Zəif axın sistemləri üzrə ən azı 2 illik təcrübə

  • Texniki çertyoj və sxemləri oxuma bacarığı

  • Komandada işləmək və texniki problem həll etmə bacarığı

Vəzifə öhdəlikləri:

  • CCTV, yangın siqnalizasiya sistemi, girişə nəzarət, siqnalizasiya, domofon, internet və telefon şəbəkələri üzrə montaj, sazlama və texniki xidmət işlərini icra etmək

  • Layihə üzrə zəif axın sistemlərinin sxemlərinin və iş planlarının hazırlanması və oxunması

  • Müvafiq sistemlərin proqramlaşdırılması və inteqrasiyasını həyata keçirmək (məsələn, CCTV + girişə nəzarət sistemi)

  • Obyektdə quraşdırılmış avadanlıqların düzgün işləməsinə nəzarət etmək və sınaqdan keçirmək

  • Texniki sənədlərin (çertyoj, sxem, hesabat və s.) hazırlanması və arxivləşdirilməsi

  • Digər şöbələrlə və podratçılarla koordinasiyalı işləmək

  • Autocad və ofis proqramlarını bilmə bacarığı

İş şəraiti

  • 5 günlük iş rejimi, 9.00-18.00 arası

  • Şirkət tərəfindən nahar yeməyi təmin olunur

  • Əmək haqqı danışıq yolu ilə 800- 1000 Azn arası (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur).

Göstərilən nəticələrə uyğun olaraq əməkhaqqının artırılması mümkündür.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axın işləri üzrə layihəçi mühəndisqeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9592

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Zəif axın işləri üzrə mühəndis

Tam Ştat

Estet şirkəti 25 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik, təhlükəsizlik sistemləri üzrə məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət,  bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir. Şirkət  namizədləri Zəif axın işləri üzrə mühəndis vakansiyası üzrə müracit etməyə çağırır. İşin təsviri: İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), Rus dili və digər dillər əlavə üstünlük hesab olunur; Kompüter bilikləri: MS Office, AutoCAD, Archicad; Şəbəkə ilə bağlı biliklərin olması –Switching, IP Addressing; Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik; Rəqəmsal və analoq video müşahidə sistemləri ilə işləmə təcrübəsi; Şəbəkə dolabı (rack cabin) yığılması üzrə təcrübə; Vəzifə öhdəlikləri: Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək; Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək; Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək; Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq; Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək; Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təqdim etmək; Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək. Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi; Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi; İş şəraiti 5 günlük iş rejimi, 9.00-18.00 arası Şirkət tərəfindən nahar verilir Əmək haqqı danışıq yolu ilə Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axın işləri üzrə mühəndisqeyd etməklə göndərə bilərlər.