Zavod direktoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 27 fevral 2026
Təsvir
Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
Satınalma ile kordinasiyalı formada ishlemek;
Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;
Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;
İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək.
Zavodun ümumi fəaliyyətinə rəhbərlik edir.
Struktur bölmələrin (istehsal sahələri, şöbələr, laboratoriyalar və s.) işini əlaqələndirir.
İş proseslərinin düzgün planlaşdırılmasını və resursların səmərəli istifadəsini təmin edir.
Kadrların işinin təşkili, motivasiyası və intizamının qorunmasına nəzarət edir.
İstehsal planlarının hazırlanması və icrasına rəhbərlik edir.
Məhsulun keyfiyyətinə, istehsalın həcminə və xərclərinə nəzarət edir.
İstehsal proseslərinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqini təşviq edir.
Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına cavabdehdir.
Zavodun büdcəsini, xərclərini və gəlirlərini idarə edir.
Rentabelliyin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün tədbirlər görür.
Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünə nəzarət edi
Zavodun uzunmüddətli inkişaf strategiyasını müəyyən edir.
Yeni məhsul növlərinin və bazarların araşdırılmasını təmin edir.
Rəqabətqabiliyyətliliyin artırılması üçün innovativ həlləri tətbiq edir.
Tədarükçülər, müştərilər, tərəfdaşlar və dövlət orqanları ilə işgüzar əlaqələr yaradır və saxlayır.
Müqavilələrin bağlanmasına və icrasına nəzarət edir.
Zavodu müxtəlif iclas, sərgi və forumlarda təmsil edir.
Zavodun fəaliyyətinin qanunvericiliyə uyğun aparılmasını təmin edir.
İşçilərin hüquq və vəzifələrinin qorunmasına nəzarət edir.
İstehsalatda baş verən hadisələrə və nəticələrə görə məsuliyyət daşıyır.
Tələblər
Təhsil: Ali (texniki);
Kompüter biliyi: MS Office (Word, Excel); 1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;
AR konsitutsiyasını, Əmək qanunvericiliyini və mülki məcəlləni bilmək üstünlükdür.
İş şəraiti:
İş yeri : Bakı
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: bazar günü.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Bonus sistemi
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçMətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4741
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000