Yük daşımaları üzrə böyük mütəxəssis (Naxçıvan regional idarəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 13 yanvar 2026
Təsvir
Əsas öhdəliklər
Avtomobil nəqliyyatı sahəsində daşıyıcıların fəaliyyətinə nəzarətin təşkilinə rəhbərlik etmək və prosesləri əlaqələndirmək.
Beynəlxalq yük daşımaları üçün milli operatorlara icazə blanklarının verilməsi, uçotu və bölgüsünə nəzarət etmək.
Milli daşıyıcıların bazar payının artırılması üçün strategiyalar hazırlamaq və icrasına rəhbərlik etmək.
Xarici ölkələrdə milli operatorların qarşılaşdığı problemləri araşdırmaq, analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Sərhəd buraxılış məntəqələrində yüklü nəqliyyat vasitələrinin hərəkəti, növbə vəziyyəti və logistikasına nəzarət etmək.
Sahə üzrə sorğular, monitorinqlər, təhlillər keçirmək və nəticələri rəhbərliyə təqdim etmək.
Nəqliyyat icazələri, buraxılış kartları, ağır və iriqabarit yüklərlə bağlı icazə sistemlərinə tam nəzarət etmək.
Operator və sürücülərə rəqəmsal taxoqraf kartlarının alınması üzrə prosesləri koordinasiya etmək.
Elektron qaimələrin rəsmiləşdirilməsi üzrə metodiki və praktiki dəstək səviyyəsini təşkil etmək.
Müraciətlərin araşdırılması, rəsmi yazışmaların hazırlanması və digər qurumlarla koordinasiya işlərinə rəhbərlik etmək.
Struktur daxilində uçot, arxivləşdirmə və informasiya axınının idarə olunmasına nəzarət etmək.
Tələblər
Tələblər və bacarıqlar
Sahə üzrə ali təhsil (nəqliyyat, logistika, əlaqəli sahələr).
Minimum 3 il müvafiq iş təcrübəsi, o cümlədən layihə və ya proses idarəçiliyi təcrübəsi.
Qanunvericilik üzrə dərindən biliklər və praktiki tətbiq bacarığı (“Avtomobil nəqliyyatı haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət rüsumu haqqında” və s.).
Yüksək səviyyədə analitik düşüncə, qərarvermə və risklərin qiymətləndirilməsi qabiliyyəti.
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; rəsmi yazışmalar, hesabat və təqdimatların hazırlanması.
Yaxşı səviyyədə türk dili, orta–yaxşı səviyyədə ingilis və ya rus dili biliyi.
qəbul etmək bacarığı.
MS Office (Word, Excel, PowerPoint) peşəkar səviyyədə.
Strateji düşüncə və uzunmüddətli planlama bacarığı;
Müxtəlif tərəfdaşlarla effektiv kommunikasiya bacarığı.
Problemləri proaktiv müəyyən etmək və həll yolları təklif etmək bacarığı.
Komanda və proseslərin idarə olunması bacarığı, əməkdaşlara mentorluq etmək bacarığı.
Çətin vəziyyətlərdə rasional qərarlar
İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#360
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə