Ana Səhifə
Vakansiyalar

Yük daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Yük daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 13 yanvar 2026

Təsvir

Əsas öhdəliklər

  • Beynəlxalq və ölkədaxili yük daşımaları üçün icazələrin uçotu, paylanması və monitorinqini həyata keçirmək.

  • Daşıyıcıların fəaliyyətinin qanunvericiliyə uyğunluğunu araşdırmaq və nəzarət tədbirlərini icra etmək.

  • Elektron qaimə (e-qaimə), taxoqraf, buraxılış kartları və digər icazələrin rəsmiləşdirilməsi üzrə daşıyıcılara yüksək səviyyədə dəstək göstərmək.

  • İriqabaritli və ağır yüklərin daşınmasına dair xüsusi icazələrin verilməsi prosesində nəzarəti təmin etmək.

  • Hesabatların hazırlanması, məlumatların təhlili və aidiyyəti üzrə təqdim edilməsi.

  • Sorğu və şikayətlərin araşdırılması, cavab məktublarının hazırlanması.

Tələblər

Tələblər və bacarıqlar

  • Nəqliyyat, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil.

  • Minimum 2 il müvafiq iş təcrübəsi.

  • Qanunvericilik üzrə biliklər (“Avtomobil nəqliyyatı haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət rüsumu haqqında” və s.).

  • MS Office (Word, Excel, PowerPoint).

  • Analitik və sistemləşdirilmiş düşüncə tərzi.

  • Rəsmi yazışma, hesabat və təqdimat bacarıqları.

  • Orta–yaxşı səviyyədə ingilis/rus dili biliyi.

  • Problemləri proaktiv şəkildə müəyyən etmək və həll yolları təklif etmək bacarığı.

  • Strateji düşüncə və kompleks analiz aparmaq bacarığı.

  • Stressə davamlılıq və çətin situasiyalarda konstruktiv yanaşma.

  • Eyni anda bir neçə iş üzrə işləmək və prioritetləri düzgün müəyyən etmək.

  • Dəqiqlik, obyektivlik və detallara yüksək diqqət.

İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#359

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək; -       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək; -       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək; -       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək; -     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək; -       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.