Ana Səhifə
Vakansiyalar

Yol hərəkətinin təşkili və infrastrukturla iş şöbəsinin aparıcı mütəxəssisi (Naxçıvan regional idarəsi)

Yol hərəkətinin təşkili və infrastrukturla iş şöbəsinin aparıcı mütəxəssisi (Naxçıvan regional idarəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 11 yanvar 2026

Təsvir

Əsas öhdəliklər:

  • Nəqliyyat infrastrukturu və yol hərəkətinin təşkili üzrə layihələrin hazırlanmasına rəhbərlik etmək və prosesə nəzarət etmək.

  • Dayanacaq məntəqələri, texniki nizamlama vasitələri, yol nişanları və nişanlama xətlərinin xəritə bazasında işlənməsini təmin etmək.

  • CİS xəritə bazasının yenilənməsi və ərazi syomkalarının hazırlanmasına nəzarət etmək.

  • Tıxacların səbəblərinin dərindən təhlili və strateji həll təklifləri hazırlamaq.

  • Yüksək səviyyəli analitik hesabatlar, təqdimatlar və təklif paketləri hazırlamaq.

  • Yerüstü nəqliyyatın hərəkəti ilə bağlı normativ tələblərə uyğun təkliflər vermək.

  • Müraciətlərin təhlili, layihələrin icra vəziyyətinə nəzarət və rəhbərliyə mütəmadi məlumat təqdim etmək.

  • Departamentin iş planı çərçivəsində icranın koordinasiyası və vaxtında tamamlanmasının təmin edilməsi.

Tələblər

Tələblər və bacarıqlar

  • Ali təhsil (nəqliyyat və ya xəritəçəkmə sahəsində).

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi.

  • MS Office, Autocad, Google Earth Pro və xəritə sistemləri üzrə yüksək səviyyədə bilik.

  • Azərbaycan dili sərbəst, ingilis dili – orta səviyyədə.

  • Qanunvericilik, texniki standartlar, şəhərsalma normaları və agentliyin nizamnaməsi üzrə dərin bilik.

  • Strateji düşüncə və kompleks analiz aparmaq bacarığı.

  • Danışıqlar aparmaq və inandırıcı kommunikasiya qurmaq bacarığı.

  • Komandaya rəhbərlik etmək, motivasiya etmək və koordinasiya bacarığı.

  • Stressə davamlılıq və çətin situasiyalarda konstruktiv yanaşma.

  • Eyni anda bir neçə iş üzrə işləmək və prioritetləri düzgün müəyyən etmək.

  • Auditoriya qarşısında çıxış və peşəkar təqdimat etmək bacarığı.

  • Dəqiqlik, obyektivlik və detallara yüksək diqqət.

  • İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#356

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək; -       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək; -       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək; -       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək; -     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək; -       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.