Xərclərə nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri
Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;
Xərclərlə bağlı müxtəlif departamentlər və subpodratçılarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi;
Tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi;
Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Xərclərlə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət;
Faktiki xərclərin büdcə ilə müqayisəsinin aparılması;
Satın alınan və ya tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi;
Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı;
Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
Xərclərə nəzarət və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
Məntiqi və analitik düşüncə qabiliyyəti;
1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
MS Office proqramları biliyi (xüsusilə Excel).
Əmək şəraiti
Həftədə 6 iş günü;
Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir;
İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi;
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
AZ Logistika and Management Services
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10888
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə