Ana Səhifə
Vakansiyalar

Xarici turlar üzrə Tur meneceri

Xarici turlar üzrə Tur meneceri

Tam Ştat

Menecer

600 AZN-dən

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

Xarici turlar üzrə Tur meneceri axtarırıq! Bizimlə birlikdə inkişaf edib, karyeranızda yüksəlməyə hazırsınız?

İş barədə məlumat

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,

  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması,

  • Otellərin bronlaşdırılması,

  • Sığorta yazılması,

  • Viza dəstəyi xidmətinin göstərilməsi,

  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması,

  • Mövsümi və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi,

İş şəraiti

  • İş saatları: Bazar ertəsi – şənbə günü 10:00-dan 19:00-dək;

  • Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir, 600-1200 azn + bonus (namizədin təcrübəsinə görə maaşa individual baxıla bilər).

Tələblər

  • Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq,(Təcrübəsi olmayanlara işi öyrədirik )

  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)

  • Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı,

  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq(yalniz xanimlar)

  • İşgüzar yazışmaların aparılması,

  • Gülərüz və özünə qarşı tələbkar olmaq,

  • Məsuliyyətli və diqqətli olmaq,

  • Vaxtın idarəolunması bacarığına sahib olmaq,

  • Komandada işləmə qabiliyyətinə malik olmaq.

Qeyd:

  • Xanımlar qəbul olunur (20-28 yaş)

  • Rus dilin yaxşı bilməyənlər cv göndərməsinlər qəbul olunmayacaq.

CV formasını qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Seçilən namizədlər ilə əlaqə yaradılaraq görüş günü təyin ediləcəkdir.

Ünvan: Caspian plaza, Cefer cabbarli 44

Əlaqə nömrəsi: +994 55 570 32 34

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14723

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer