Xaricdə təhsil üzrə əsas koordinator (Leznik&Co.)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Xaricdə təhsil xidmətləri ilə bağlı müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətlərini göstərmək;
Tələbənin təhsil istiqamətinin müəyyənləşdirilməsi və yol xəritəsinin tərtib olunması;
Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
Texniki koordiantor tərəfindən universitet və yataqxana portallarına daxil olunan məlumatların yoxlanılması və təsdiqi;
Texniki koordinator tərəfindən heyata keçirilən prosedurlara nəzarət edilməsi və dəstək göstərilməsi;
Xarici universitetlər ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.
Tələblər
Ali təhsil;
- İngilis dili - sərbəst danışıq və qrammatik düzgün yazının olması;
Rus dili - böyük üstünlükdür;
Bu sahədə təcrübə - mütləqdir;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
- Satış bacarığı;
Sorğuların operativ cavablandırılması qabiliyyəti;
Kompüter bilikləri: MS Office proqramları;
Təşkilatçılıq qabiliyyəti;
Zamanın idarə olunması.
Təqdim etdiyimiz iş şərtləri:
Leznik&Co. ofisində individual iş yeri;
Stabil, gecikməyən əmək haqqı;
Mütəmadi təlimlər;
İş qrafiki: 6 günlük iş rejimi
I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13754
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200