Xadimə

Bakı

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 12 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

DİQQƏT 
Bu elan şəxsi ev üçün olan xadimə elanıdır
    1.    Namizəd işə qəbul olunduğu müddətdə ilk günlərdə, aylarda və ya illərdə işini yaxşı icra etdiyi halda, sonradan iş keyfiyyətində, davranış qaydalarında və etibarlılıq prinsiplərində (etik normalara riayət, əxlaq, namus, əmlaka hörmət, hər hansı mənimsəmə hallarının olmaması və s.) ciddi şəkildə azalma müşahidə edildiyi təqdirdə, əmək münasibətləri dərhal dsyandırılacaqdır.
    2.    İşə başlamazdan öncə ev sahibəsi ilə qarşılıqlı razılaşdırılmış şərtlərdən bir müddət sonra yenidən  əlavə ve ya yenilesdirilmis tələblərin irəli sürülməsinə cəhd edildiyi halda, işdən dərhal çıxardılacaqdır.

Yalnız özünə güvənən, məsuliyyətli və ciddi namizədlərin müraciət etməsi xahiş olunur.

Qeyd olunan şərtlər barədə əvvəlcədən məlumat:
    *  Evin bütün otaqlarında (qanuni çərçivədə) təhlükəsizlik məqsədilə video-müşahidə və səs qeydetmə sistemləri mövcud olacaqdır.
    *  Bu tədbirlər yalnız təhlükəsizlik və qarşılıqlı etibarlılığın təmin edilməsi məqsədi daşıyır.

TƏLƏBLƏR

  • Mülayim, sakit xarakterdə olmalı

  • Təmizliyə və səliqəyə xüsusi diqqət yetirməli

  • Çevik və işgüzar olmalı

  • Tapşırıqlara laqeyd yanaşmadan, məsuliyyətlə icra etməli

  • Zərurət yarandığı hallarda (nadir hallarda olmaqla) əlavə iş saatlarına və bəzi günlərdə gecələməyə (maaşdan əlavə ödəniş edilərək) ailəsi tərəfindən etiraz edilməməlidir

  • Ev sahibəsinə qarşı sadiq, vicdanlı və etibarlı olmalı

  • İşə gecikməməli

  • Ay ərzində maksimum 1–2 dəfə icazə almaq mümkündür; əsassız bəhanələrlə işdən yayınmamalıdır ( elə olduğu halda əmək münasibəti dsyanacaq)

  • Dürüstlük əsas şərtdir

Əlavə məlumat:

Əmək haqqı: 500 AZN

İl ərzində bayramlarda əlavə hədiyyə .

Qarşılıqlı hörmət və etimad əsasında namizəd özünü bu evdə ikinci evi kimi rahat hiss edə biləcəkdir.

İş saatları: 09:00 – 18:00
(Tapşırıqlar vaxtından əvvəl yekunlaşarsa, ev sahibəsinin icazəsi ilə daha tez çıxmaq mümkündür.)

İş keyfiyyətinin aşağı düşməsi, etimadın pozulması, evdaxili məlumatların üçüncü şəxslərə ötürülməsi , əmlak mənimsənilməsi , və ya digər uyğun olmayan hallar müşahidə edildiyi təqdirdə, lazım olarsa qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görüləcəkdir.

ƏLAQƏ:

Zəhmət olmasa, yalnız WhatsApp vasitəsilə (zəng etmədən) aşağıdakı nömrə ilə əlaqə saxlayın.
Müraciət zamanı özünüz haqqında qısa məlumat və şəklinizi göndərməyiniz xahiş olunur:

📞 +994702934141

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8380

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya