Vizual Merçendayzer “H&M”

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

İş Yeri: SSI Retail LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Vizual Merçendayzer H&M-in Azərbaycan üzrə təyin olunmuş mağaza və ya mağazalarında vizual və kommersiya standartlarının H&M brend təlimatlarına və françayzinq tələblərinə uyğun şəkildə icrasına cavabdehdir. Bu vəzifə məhsulların düzgün yerləşdirilməsi, üslublaşdırma, vitrinlərin hazırlanması və komandanın təlimləndirilməsi vasitəsilə mağazadaxili müştəri təcrübəsini inkişaf etdirir, mövsümi aktivasiya fəaliyyətlərinin ardıcıl kommersiya təqdimatı və tələblərə uyğun icrasını təmin edir.

Vizual və Kommersiya İcrası

  • Kommersiya təqvimi, mağaza aktivasiya planı və moda konseptləri əsasında mağazada vizual, kommersiya və üslub seçimini H&M brend təlimatlarına tam uyğun şəkildə icra etmək.

  • Bütün mövsümi Qlobal Aktivasiyaları və Endirim Fəaliyyətlərini H&M Brend Standartlarına uyğun olaraq vaxtında başlatmaq və davamlı şəkildə təmin etmək.

  • Anbar geyim miqdarları, aksesuarlar və ayaqqabılar daxil olmaqla nümunə seçimi proseslərini həyata keçirmək, vizual və kommersiya təlimatlarına uyğun aydın moda konseptlərinin yaradılmasını təmin etmək.

  • Müştərilər üçün ilhamverici və kommersiya baxımından effektiv təcrübə yaratmaq məqsədilə vitrinlərin və üslub quruluşlarının vizual və kommersiya təlimatlarına uyğun icra etmək.

  • Güclü müştəri axınını təmin etmək və əsas moda konseptlərini ön plana çıxarmaq üçün kommersiya planlamasını və avadanlıqların yerləşdirilməsini qoruyub saxlamaq.

  • Qlobal strategiyaya və yerli satış bazarı tələblərinə uyğun olaraq vitrinlərdə və mağaza daxilində qiymət lövhələrinin düzgün və tam yerləşdirilməsini təmin etmək.

  • Məhsulları və nümayiş formalarını ön plana çıxarmaq üçün bütün işıqlandırmanın düzgün işləməsini və optimal yerləşdirilməsini təmin etmək məqsədilə Texniki xidmət (Facilities Management) komandası ilə koordinasiya aparmaq.

  • Dayanıqlılıq və brend standartlarını nəzərə alaraq bütün nümayiş formalarına, avadanlıqlara və interyer elementlərinə qulluq etmək və onları yaxşı vəziyyətdə saxlamaq.

  • Ən son təlimatlara və mağaza planlamasına uyğun olaraq mağaza naviqasiyasını Head of VM ilə koordinasiyalı şəkildə yeniləmək və qoruyub saxlamaq.

  • Yerli rutinlərə uyğun olaraq mağazada endirim və promosyon fəaliyyətləri üçün POS daxil olmaqla kifayət qədər materialların mövcudluğunu təmin etmək.

  • Yerli təhlükəsizlik və əməliyyat təlimatlarına uyğun olaraq satış zalını və arxa sahələri təmiz, səliqəli, təşkilatlanmış və təhlükəsiz saxlamaq.

Kommersiya Performansı və KPI-ların İzlənməsi

  • Mağazada məhsul yerləşdirilməsi və replenishment proseslərinin hər zaman brend merçendayzinq standartlarına uyğun olmasını təmin etmək.

  • Satış hesabatlarını və KPI-ları izləmək və təqib etmək; Store Manager ilə əməkdaşlıq çərçivəsində vizual və kommersiya imkanlarını müəyyənləşdirmək və prioritetləşdirmək.

  • Geyimlərə düzgün qulluq edilməsini və satış zalında uyğun stok səviyyələrinin qorunmasını təmin etmək; Store Management və Area komandalarına allocation ehtiyacları barədə məlumat vermək.

  • Store Management komandası ilə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq, satış hədəflərinə və mağaza büdcə məqsədlərinə nail olmağı dəstəkləmək üçün effektiv tədbirlər hazırlamaq.

  • İş yükünü mağaza aktivasiya planına uyğun təşkil etmək və planlaşdırmaq, biznes ehtiyaclarına əsasən Store Manager və Head of VM ilə əməkdaşlıq çərçivəsində uyğunlaşdırmaq.

Moda və Trendlər üzrə Məlumatlılıq

  • Moda mühiti, cari trendlər, üslublar, məhsullar, rəqiblər və müvafiq influencer-lər haqqında daim yenilənmiş məlumatlılığa sahib olmaq.

  • Müştəri ehtiyaclarını əvvəlcədən görmək və mağazadaxili təcrübəni inkişaf etdirmək məqsədilə mood board-ların nəzərdən keçirilməsi və üslublaşdırma texnikaları daxil olmaqla moda və trendlər üzrə məlumatlılıq fəaliyyətlərinə xüsusi vaxt ayırmaq.

  • Bütün əməkdaşlarda yüksək səviyyəli moda biliyinin qorunması üçün trend məlumatlarını və mövsümi dəyişiklikləri mağaza komandası ilə paylaşmaq.

Komandanın Təlimləndirilməsi və İnkişafı

  • Brend təlimatlarına uyğun yüksək keyfiyyətli məhsul təqdimatını qorumaq üçün mağaza komandasının vizual və kommersiya bacarıqlarını inkişaf etdirmək və onlara kouçinq vermək.

  • Mağaza əməkdaşları ilə mövsümi dəyişiklikləri, moda trendlərini, vizual və kommersiya məlumatlarını, həmçinin mağazadaxili kommunikasiya yeniliklərini paylaşmaq, onları ruhlandırmaq və məlumatlandırmaq.

  • Mağaza komandasının vizual və kommersiya standartlarını davamlı şəkildə qoruması üçün gündəlik rutinlərin və ən yaxşı təcrübələrin inkişafını dəstəkləmək.

  • Yeni əməkdaşlar üçün VM standartları və brend tələbləri üzrə onboarding təlimi keçirmək.

  • Mağaza komanda üzvləri üçün vizual və kommersiya bacarıqlarının artırılmasına yönəlmiş təlim sessiyaları təşkil etmək və keçirmək.

  • H&M-in qlobal, regional və yerli öyrənmə və inkişaf məqsədlərinə əsaslanan vizual və kommersiya təlim modullarını tamamlamaq.

Mağaza Əməliyyatları və Brend Uyğunluğu

  • Mağazanın bütün sahələrində əməliyyat prosedurlarına, ən yaxşı təcrübələrə və yerli qanuni tələblərə əməl etmək.

  • Müştərilər və komanda ilə bütün qarşılıqlı əlaqələrdə H&M brendini peşəkar şəkildə təmsil etmək.

  • VM uyğunluq yoxlama siyahılarına əsasən mütəmadi daxili auditlər aparmaq və nəticələri, eləcə də düzəldici tədbirləri Head of VM-ə bildirmək.

  • Mağaza səviyyəsində VM ilə bağlı çətinliklər üzrə rəyləri toplamaq və tələb olunduqda Head of VM və brend komandalarına çatdırmaq.

  • Tələb olunduqda Store Management və Area komandalarına genişlənmə və yeni mağaza layihələri üzrə dəstək göstərmək.

Tələblər

  • Vəzifə tələbləri - Visual Merchandising

  • Təhsil - Minimum orta təhsil; moda, dizayn və ya əlaqəli sahə üzrə ali təhsil üstünlükdür.

  • Moda mühitində pərakəndə satış üzrə vizual merçendayzinq və ya üslublaşdırma rolunda minimum 1 il müvafiq iş təcrübəsi; bir neçə mağaza lokasiyasının koordinasiyası üzrə təcrübə üstünlükdür.

  • Dil bilikləri - Azərbaycan dili mütləqdir; rus və ya ingilis dili biliyi üstünlükdür.

  • Peşəkar Bacarıq və Kompetensiyalar - Vizual merçendayzinq standartları, üslublaşdırma, geyim təqdimatı və kommersiya planlama prinsipləri üzrə güclü biliklər; brend təlimatlarını və planoqramları oxumaq və onlara əməl etmək bacarığı.

  • Kommersiya düşüncəsi - Satış məlumatlarını və KPI-ları təhlil etmək, əldə olunan nəticələri praktik vizual təkmilləşdirmələrə çevirmək bacarığı.

  • Kommunikasiya - Mağaza komandaları, mağaza rəhbərliyi və Head of VM ilə aydın və effektiv ünsiyyət qurmaq; konstruktiv kouçinq və geribildirim vermək bacarığı.

  • Təşkilatçılıq - Güclü planlaşdırma və prioritetləşdirmə bacarıqları; eyni vaxtda bir neçə tapşırığı, aktivasiya prosesini və son icra tarixlərini idarə etmək bacarığı.

  • Detallara diqqət - Brend tələblərinə uyğunluq, geyim təqdimatı və mağaza mühiti üzrə yüksək standartlara sahib olmaq.

  • Uyğunlaşma bacarığı - Dinamik pərakəndə satış mühitində çevik və həll yönümlü olmaq; dəyişən brend tələblərinə və mövsümi prioritetlərə uyğunlaşmaq bacarığı.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15948

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Merçendayzinq üzrə Rəhbər

Tam Ştat

Ünvan: Bakı, Azərbaycan Vəzifənin təsviri Məhsul Strategiyası və Assortiment Planlaması Sinteks-in strateji məqsədləri və H&M-in kommersiya hədəflərinə uyğun olaraq ümumi məhsul və assortiment strategiyasını hazırlamaq və icra etmək. Hər rüblük sifariş dövründən əvvəl yerli qiymətlərin rəqabətqabiliyyətliliyini təmin etmək üçün qiymət müqayisə (benchmark) təhlili aparmaq. Hər sifariş dövründən əvvəl H&M standartlarına və mağaza tələblərinə uyğun olaraq mağaza üzrə kateqoriya seqmentasiyasını müəyyən etmək. Mərkəzi anbar üzrə paylanma parametrlərini müəyyənləşdirmək və mövsüm ərzində performansa əsasən tənzimləmək. H&M-in qlobal assortiment istiqamətini yerli bazar ehtiyaclarına uyğunlaşdıraraq brend ardıcıllığını və kommersiya uğurunu təmin etmək. Rəqiblərin fəaliyyətini və müştəri seçimlərini izləyərək inkişaf imkanlarını müəyyən etmək. Satış məlumatlarını, müştəri insight-larını və bazar dinamikasını təhlil edərək məhsul və assortiment strategiyasını təkmilləşdirmək. H&M Buying komandaları ilə sifariş həcmləri, çatdırılma müddətləri və məhsul axını üzrə koordinasiya aparmaq; təchizatçıların keyfiyyət, vaxtında çatdırılma və uyğunluq göstəricilərini izləmək. Satış və Planlama komandaları ilə əməkdaşlıq edərək mövsümi tələbat proqnozlarını hazırlamaq və optimal stok axınını təmin etmək. Kommersiya Təqvimi və Aktivasiya İllik kommersiya təqvimini (kampaniyalar, promosyonlar, endirimlər və məhsul yönümlü aktivliklər) hazırlamaq və tətbiq etmək. H&M-in qlobal strategiyası ilə yerli bazar imkanları arasında uyğunluğu təmin etmək. Qlobal kommersiya planını yerli istehlakçı davranışına uyğunlaşdırmaq və ölkəyə xas tədbirlər müəyyənləşdirmək. Mövsüm daxilində və mövsüm sonrası məhsul aktivliklərini planlamaq və icra etmək. Sell-through göstəricisini və ümumi müştəri təcrübəsini optimallaşdırmaq üçün məhsul və müştəri aktivlikləri arasında balans yaratmaq. Marketinq komandası ilə birgə kampaniya sonrası nəticələri (satış artımı, trafik təsiri, ROI) qiymətləndirmək və rəhbərliyə hesabat vermək. Qiymət, Satış və Gəlirlilik İdarəetməsi Qiymət trendlərini izləmək və rəqabət qabiliyyətini qorumaqla gəlirliliyi artırmaq üçün strategiyaları tənzimləmək. Satış kanalları üzrə aydın kommersiya prioritetləri müəyyənləşdirmək və icra etmək. Sinteks və H&M məqsədlərinə uyğun olaraq stok təzəliyi hədəflərini və mövsümi fəaliyyət planlarını müəyyən etmək. Tələbat və rəqib performansına əsasən məhsul ekspozisiyasını, reytinqlərini və endirim planlarını optimallaşdırmaq. Məhsul, satış və marketinq funksiyaları arasında koordinasiya edərək gəlir artımını və gəlirliliyi artırmaq. Ümumi marja göstəricilərini və endirim effektivliyini nəzərdən keçirmək, davamlı mənfəətlilik və xərc nəzarətini təmin etmək. Stok İdarəetməsi və Paylanma Bütün region və kanallar üzrə optimal məhsul mövcudluğunu təmin edən stok idarəetmə strategiyasını hazırlamaq. Paylanma və replenishment proseslərinə nəzarət etmək. Mövsüm daxilində performansa çevik reaksiya vermək, çatdırılma, ekspozisiya və endirimləri zərurət olduqda tənzimləmək. Mövsüm sonu stok təhlili aparmaq və nəticələri növbəti planlama dövründə tətbiq etmək. Sell-through və tarixi trendlərə əsaslanaraq proqnoz dəqiqliyini izləmək. Məhsul həyat dövrünü optimallaşdırmaqla itkiləri azaltmaq və dayanıqlı, xərc baxımından effektiv stok nəzarətini təmin etmək. Bazar Analitikası və Mağaza Ziyarətləri Strateji qərarları istiqamətləndirmək üçün bazar dinamikasını, müştəri davranışını və rəqabət mövqeyini davamlı izləmək. Fiziki və onlayn mağazaları mütəmadi olaraq (təxminən həftədə iki gün) ziyarət edərək kommersiya icrasını və müştəri əlaqəsini qiymətləndirmək. Ziyarət hesabatları hazırlamaq və rəhbərliklə H&M tərəfdaşlarına strukturlaşdırılmış rəy və tövsiyələr təqdim etmək. ​​​​​​​Funksiyalararası əməkdaşlıq Retail, Visual Merçendayzinq, Marketinq, Maliyyə, Logistika və H&M komandaları ilə sıx əməkdaşlıq etmək. “Omnichannel” merçendayzinq  performansı üzrə aydın məqsəd və KPI-lar müəyyən etmək. Rəqəmsal, retail və marketinq təşəbbüslərini vahid aktivasiya təqvimi altında sinxronlaşdırmaq. Məhsul strategiyasını ölkə təşkilatlarına və H&M tərəfdaşlarına kommunikasiya etmək. Kommersiya nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə və idarə heyətinə təqdim etmək. Merçendayzinq  məsələləri üzrə rəhbərliklə H&M komandaları arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək. Hesabatlılıq və Performans Təhlili Məhsul, satış və stok göstəricilərini təhlil edərək daxili rəhbərlik və H&M komandaları üçün məlumat əsaslı tövsiyələr təqdim etmək. Satış, sell-through, endirim təsiri, stok örtüyü və stok sağlamlığı üzrə müntəzəm hesabatlar hazırlamaq. Cari və proqnozlaşdırılan müştəri tələbat trendləri barədə təşkilatı və H&M-i məlumatlandırmaq. Əsas KPI-ları izləmək: Satış vs Hədəf, Sell-through %, Stok Dövriyyəsi, Markdown %, ROI. Aylıq icra xülasələri hazırlayaraq əsas insight-lar, risklər və düzəldici tədbirlər üzrə tövsiyələr təqdim etmək. ​​​​​​​​​​​​​​Komanda Rəhbərliyi və İnkişafı Merçendayzinq və Planlama komandasına aydın məqsədlər və məsuliyyət bölgüsü ilə rəhbərlik etmək. Davamlı kouçinq, təlim və geribildirim təmin etmək. Daxili kadr ehtiyatı formalaşdırmaq və əsas vəzifələr üçün varislik planlaması həyata keçirmək. Departamentlər və kanallar arasında əməkdaşlığı gücləndirərək müştəriyönümlü qərarverməni təşviq etmək. KPI-lar Ümumi Marja (%) Sell-Through (%) Markdown Effektivliyi (%) Stok Dövriyyəsi (ildə dövretmə sayı) Stok Təzəliyi (%) – 90 gündən az stok payı Proqnoz Dəqiqliyi (%) Kampaniya ROI (%) ​​​​​​​​​​​​​​Məsuliyyət sahələri Məhsul və assortiment planlaması Satınalma və təchizatçı koordinasiyası Stok nəzarəti və paylanma Satış, marja və gəlirlilik idarəetməsi Proqnozlaşdırma və tələbat planlaması Komanda rəhbərliyi və inkişafı Visual Merçendayzinq, Retail, Marketinq və Maliyyə ilə çarpaz-funksional əməkdaşlıq Bazar trendlərinin və rəqiblərin monitorinqi ​​​​​​​​​​​​​​Tələblər Ali təhsil (Biznesin idarə olunması, İqtisadiyyat/Maliyyə və ya oxşar sahə üstünlükdür) İş təcrübəsi Merçendayzinq, assortiment ofisi və ya oxşar sahədə minimum 3–5 il rəhbərlik təcrübəsi (retail və rəqəmsal təcrübə üstünlükdür) P&L, satış və proqnozlaşdırma üzrə təcrübə Assortiment planlaması, satınalma və stok idarəetməsi sahəsində minimum 5 il təcrübə Peşəkar bacarıqlar və kompetensiyalar Dinamik mühitdə yüksək performanslı komandalar formalaşdırmaq bacarığı ilə güclü liderlik təcrübəsi Satış yönümlü düşüncə və yüksək kommersiya anlayışı Nəticəyönümlü yanaşma və iş proseslərini davamlı təkmilləşdirmək bacarığı Güclü analitik bacarıq Müstəqil işləmək və eyni zamanda komanda əməkdaşlığını gücləndirmək bacarığı MS Office proqramlarında yüksək səviyyəli bilik (xüsusilə Excel və PowerPoint) Dəyişikliklərə uyğunlaşma və strateji düşüncə Yüksək kommunikasiya və təqdimat bacarıqları İngilis dilində sərbəst yazılı və şifahi bilik Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.