Videoqraf
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
166 Yükdaşıma və Logistika şirkəti “Videoqraf“ vakansiyası elan edir.
Tələblər
Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi (portfolio mütləqdir);
Adobe Premiere Pro, After Effects və ya analoji proqramlarda peşəkar səviyyədə işləmək bacarığı;
Peşəkar video çəkiliş avadanlıqları ilə işləmək təcrübəsi (stabilizator, işıq, mikrofon);
Kompozisiya, kadr qurma, işıqlandırma və rəng təshihi üzrə biliklər;
Yaradıcı təfəkkür, detallara diqqət və müstəqil iş bacarığı;
Sosial media trendlərini izləmək və müasir video formatları barədə məlumatlı olmaq;
Namizədin şəxsi avadanlığının olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq və reklam kampaniyaları üçün video çəkilişlərin planlaşdırılması və həyata keçirilməsi;
Sosial media platformaları (Instagram, TikTok, YouTube, Facebook) üçün qısa və uzunmetrajlı video kontent hazırlanması;
Video montaj, rəng korreksiyası, səs tənzimləməsi və qrafik effektlərin əlavə edilməsi;
Reklam çarxları, müsahibələr, məhsul təqdimatları və korporativ videoların çəkilişi;
Ssenari və storyboard hazırlanmasında iştirak etmək;
Çəkiliş avadanlıqlarının (kamera, işıqlandırma, mikrofon) düzgün istifadəsi;
Komandanın digər üzvləri (dizayner, SMM mütəxəssis, marketinq komandası və s.) ilə sıx əməkdaşlıq etmək.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV və portfolio-larını “Videoqraf” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Necə Müraciət Etmək Olar
166 Yükdaşıma və Logistika
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17495
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə