Videomanitorinq üzrə operator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 14 aprel 2026
Təsvir
“SuperToys” oyuncaq mağazalar şəbəkəsi, təhlükəsizlik və daxili nəzarət mexanizmlərini gücləndirmək məqsədilə təcrübəli və peşəkar “ Videomanitorinq üzrə operator ” axtarır.
Əsas vəzifə öhdəlikləri:
Kamera müşahidə sistemi vasitəsilə satış məntəqələrinin və digər obyektlərin gündəlik fəaliyyətinə nəzarət etmək
Şirkət daxili prosedur və davranış standartlarının icrasını izləmək və pozuntuları qeydə almaq
Müşahidələr əsasında rəhbərliyə yazılı və şifahi hesabatlar təqdim etmək
Təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı riskləri vaxtında aşkar etmək və müvafiq şöbələri məlumatlandırmaq
Rəhbərlik tərəfindən verilən digər nəzarət xarakterli tapşırıqları vaxtında və dəqiq icra etmək
Namizədə dair tələblər:
Ali və ya orta texniki təhsil (təhlükəsizlik, idarəetmə və ya uyğun sahə üzrə)
Minimum 1 il kamera müşahidə və nəzarət sahəsində iş təcrübəsi
Yüksək diqqət və analiz qabiliyyəti
Məsuliyyətli və peşəkar iş münasibətləri
MS Office proqramlarında işləmə bacarığı
Yaş həddi: 25–40 yaş
Xanım namizədlər
İş şərtləri:
İş rejimi: Həftə içi 6 gün
İş yeri: Sədərək Ticarət Mərkəzinin çıxışında yerləşən ofis
Əmək məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi və sənədləşmə
Stabil və inkişafyönlü iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Super Toys
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11422
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə