Uyğunluq və Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 12 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və sənədləşdirilməsi;
Korporativ Risk Reyestrinin (Risk Register) formalaşdırılması, aparılması və yenilənməsi;
ISO 9001:2015, ISO 37001, GDP və GVP tələblərinə uyğun risk əsaslı yanaşmanın tətbiqi;
Daxili və xarici auditlər üzrə risklərin təhlili, CAPA tədbirlərinin monitorinqi;
Compliance riskləri üzrə rəhbərliyə dövri hesabatların hazırlanması;
Beynəlxalq tərəfdaşların compliance və risk tələblərinə uyğunluğun dəstəklənməsi.
Tələblər
Bakalavr təhsili: Əczaçılıq, tibb (arzuolunandır, lakin məcburi deyil),Hüquq,İqtisadiyyat,Menecment,Biznesin idarə edilməsi,Maliyyə
Rus və İngilis dili bilikləri vacibdir
MS office bilikləri vacibdir
İşçi tərəfindən dil biliklərinin gələcəkdə təkmilləşdirilməsi mütləqdir
Nələri bilməlidir:
Əczaçılıq sahəsində keyfiyyət idarəetmə sistemi (QMS) və compliance prinsipləri;
Risklərin idarəedilməsi üzrə əsas anlayışlar və metodlar (risk identification, risk assessment, risk mitigation);
ISO 9001:2015 standartının risk-əsaslı yanaşma tələbləri;
ISO 37001 (antikorrupsiya idarəetmə sistemi) üzrə əsas prinsiplər;
GDP və GVP çərçivəsində uyğunluq və risk anlayışları;
Daxili və xarici audit prosesləri, uyğunsuzluqlar və CAPA mexanizmləri;
Risk reyestrinin (Risk Register) hazırlanması və aparılması qaydaları;
Rəsmi sənədləşmə, hesabatların hazırlanması və məxfi məlumatlarla işləmə qaydaları.
Zəruri şərtlər:
Analitik düşünmə və risklərin sistemli təhlili bacarığı;
Normativ sənədlər, daxili prosedurlar və rəsmi yazışmalarla işləmə qabiliyyəti;
Məxfi və həssas məlumatlarla işləmə etikası və məsuliyyəti;
Daxili nəzarət, uyğunluq və risk idarəetmə proseslərində iştirak etməyə hazırlıq;
Komanda daxilində və struktur bölmələri arasında effektiv kommunikasiya bacarığı;
Daxili və xarici auditlər zamanı əməkdaşlığa açıq olmaq.
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Karyera yüksəlişi imkanı.
Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunandır.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçZeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4760
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+