UX/UI Dizayner

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 16 yanvar 2026

Son Tarix: 27 fevral 2026

Təsvir

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk.

Şirkət haqqında

Brain Solutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir.

İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk.

Şirkətimizin insan kapitalının effektiv idarə olunmasını təmin etmək məqsədilə İnsan Resursları şöbə müdiri axtarırıq. Bu vəzifə işə qəbul, HR əməliyyatları, performansın idarə edilməsi, eləcə də təlim və inkişaf proseslərinə rəhbərliyi əhatə edir.

Əsas vəzifə və öhdəliklər:

✅Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;

✅Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;

✅İstifadəçilər arasında cari zəif nöqtələri və ehtiyaclarını aşkar etmək üçün araşdırmaların aparılması.

Tələblər

✅Tamamlanmış layihələrin mövcud olması (portfolio);

✅Veb-saytların və mobil tətbiqlərin dizaynı üzrə təcrübə;

✅Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch);

✅Biznes tələblərinə uyğun UX dizayn və konseptlərinin hazırlanması ilə bağlı təcrübə (Web, mobile);

✅ Tipoqrafika və adaptiv verstkalar üzrə bilikləri;

✅Yüksək səviyyədə vizual dizayn qabiliyyəti;

✅ Agile yanaşma barədə ilkin biliklər;

✅ Komanda daxilində yüksək ünsiyyətqurma qabiliyyəti.

Təklif etdiklərimiz

Rəqabətədavamlı əməkhaqqı paketi💸

Oyun zonası daxil olmaqla rahat istirahət və əməkdaşlıq məkanları🤾‍♂️

Peşəkar inkişaf və sertifikasiya proqramları üçün maliyyə dəstəyi💰

Əhatəli tibbi sığorta paketi👩‍⚕

Müntəzəm komanda quruculuğu və korporativ tədbirlər🏆

Ayda iki əlavə istirahət günü ilə iş və şəxsi həyat balansını dəstəkləyən iş rejimi😌

Necə Müraciət Etmək Olar

Brain Solutions MMC

Brain Solutions MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5039

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya