Tur meneceri
Bakı
Tam Ştat
Menecer
800 - 1.500 AZN
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Yalnız tur meneceri kimi çalışmış və outgoing sahəsində real təcrübəsi olan namizədlər CV göndərsin.
Həftədə 5 gün: 10:00 dan–18:00 dək
Şənbə: 10:00 dan–16:00 dək
Sabit maaş: 800 – 1500 AZN
Bonus sistemi:
– 1-ci hədəf: 15%
– 2-ci hədəf: 20%
– 3-cü hədəf: 25% (artan faiz sistemi)
Rahat və peşəkar iş mühiti
İş yeri: Bakı, Azure Business Center
CV göndərmək üçün: hr@fmtour.az.
İş haqqında
Turizm sahəsində minimum 1 il outgoing təcrübə (mütləq)
Xarici turların hazırlanması və satışı üzrə praktiki bilik
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
GDS və digər rezervasiya sistemləri ilə işləmə bacarığı
MS Office proqramlarında işləmə bacarığı
Güclü satış və danışıqlar aparma bacarığı
Problem həll etmə və operativ qərarvermə qabiliyyəti
Stressə davamlılıq və məsuliyyətlilik
Müştəri yönümlü və nəticə fokuslu yanaşma
Konfliktlərin idarə olunması bacarığı
Detallara diqqət və multitasking bacarığı
Uçuş gecikməsi, overbooking və s. hallarda operativ həll bacarığı
Komandada işləmə bacarığı.
Tələblər
Xarici istiqamətlər üzrə fərdi, ailəvi və qrup turlarının hazırlanması və satışı
Müştərinin büdcə və tələblərinə uyğun optimal tur paketlərinin formalaşdırılması
Otel, aviabilet, transfer, sığorta və digər turizm xidmətlərinin rezervasiyası
GDS və digər rezervasiya sistemləri ilə işləmək
Müştəri sorğularının (zəng, e-mail, WhatsApp, sosial şəbəkələr) operativ cavablandırılması
Viza prosedurları və səyahət qaydaları barədə düzgün məlumatlandırma
Yerli və xarici tur operatorları ilə yazışmaların aparılması və qiymətlərin alınması
Ən uyğun qiymət və şərtlərin əldə edilməsi üçün danışıqların aparılması
Rezervasiya və sənədləşmə prosesinin tam icrası
Satış planının yerinə yetirilməsi
Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstək.
Necə Müraciət Etmək Olar
FM TOUR
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10241
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer