Travel eSIM Satış Məsləhətçisi
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 27 may 2026
Son Tarix: 26 iyun 2026
Təsvir
Beynəlxalq səyahətçilərlə işləməyi sevən, satış bacarıqlarına malik və xarici dillərdə ünsiyyət qura bilən xanım əməkdaş axtarırıq.
Vəzifələr:
Hava limanında yerləşən satış stendində sərnişinləri qarşılamaq
Travel eSIM və mobil internet xidmətləri haqqında ətraflı məlumat vermək
Müştərilərin səyahət istiqamətinə və ehtiyaclarına uyğun internet paketləri təklif etmək
Satış prosesini həyata keçirmək və müştəri məmnuniyyətini təmin etmək
eSIM-in quraşdırılması və istifadəsi ilə bağlı müştərilərə dəstək göstərmək
Satış hədəflərinə nail olmaq və gündəlik hesabatları təqdim etmək
Tələblər
Xanım namizəd
Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi
Səyahət sahəsinə maraq və səyahət təcrübəsi
Son 1 il ərzində ən azı 1 dəfə xarici ölkəyə səyahət etmiş namizədlərə üstünlük veriləcək
Azərbaycan dilində sərbəst danışıq
Rus və ya ingilis dilini yaxşı səviyyədə bilmək MÜTLƏQDİR
Ünsiyyət və təqdimat bacarığı yüksək olmalı
Müştərilərlə işləməyi bacarmalı və satış yönümlü düşüncəyə malik olmalı
Smartfon və mobil tətbiqlərdən sərbəst istifadə bacarığı
Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı
Biz təklif edirik:
İş yeri: Hava Limanı
Əmək haqqı: 700 AZN + satış bonusları
Satış nəticələrinə əsasən bonus sistemi
Məhsul və satış üzrə təlimlər
Beynəlxalq mühitdə işləmək imkanı
Karyera inkişaf perspektivi
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Tripocell.com
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18794
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə