Ana Səhifə
Vakansiyalar

Traktorçu (Sabirabad)

Traktorçu (Sabirabad)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 12 fevral 2026

Təsvir

  • Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;

  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;

  • Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;

  • İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;

  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;

  • Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;

  • Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;

  • Traktorda kənar şəxslərin olmasına yol verməməli;

  • Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;

  • Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;

  • Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;

  • Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.

Tələblər

  • Təhsil: Tam orta və ya texniki peşə məktəbi.

  • Təcrübə: Analoji sahədə minimum 1 il iş təcrübəsi.

  • Dil bilikləri: Azərbaycan dili.

  • Sənədlər: Traktor idarə etmə hüququ verən vəsiqə; iş zamanı tələb olunduqda etibarnamə və/yaxud yol vərəqəsi.

  • Peşəkar bilik və bacarıqlar: Traktorun mexanizmlərini və təhlükəsizlik cihazlarını işə başlamazdan əvvəl yoxlama, əyləc və digər sistemlərin sazlığını nəzarətdə saxlama, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak, yükləmə/daşıma və aqrotexniki işləri normativlərə uyğun icra etmə.

  • Normativ və təhlükəsizlik tələbləri: Əmək Məcəlləsi, müəssisənin daxili normativ sənədləri, texnoloji reqlament və təlimatları, həmçinin texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli və işində rəhbər tutmalıdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Veb Səhifəyə Keç
Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4850

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

İT Biznes Analitik

Tam Ştat

Şirkətin biznes proseslərini təhlil etmək, biznes proseslərdə təkmilləşdirmə imkanları, avtomatlaşdırma və rəqəmsallaşma ehtiyaclarını müəyyən etmək; Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək və belə layihələri idarə etmək; Şirkətin biznes ehtiyacları ilə əlaqədar İT həllərinin araşdırılması, alternativlərin müqayisəsi və seçimi prosesində texniki komanda ilə əməkdaşlıq etmək və dəstək göstərmək; İT həllərinin inkişaf etdirilməsi və tətbiq olunması ilə bağlı biznes və texniki tələbləri (funksional və qeyri-funksional tələblər) müəyyən etmək; Müəyyən edilmiş tələblər əsasında İT həllərinin inkişaf etdirilməsi ilə bağlı texniki tapşırıqların hazırlanması, texniki tapşırıqların müvafiq qaydada razılaşdırılması və təsdiq olunmasını təmin etmək; Müəyyən edilmiş tələblər əsasında İT həllərinin dizayn edilməsi istiqamətində texniki komanda ilə əməkdaşlıq etmək və prosesin icrasına dəstək göstərmək; Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda və ya kənar təchizatçı tərəfindən İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı işlərin icrasına dəstək göstərmək; Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda üçün tapşırıqların müəyyən edilməsi və tapşırıqların icrasının planlaşdırılmasını təmin etmək; Daxili texniki komanda tərəfindən verilmiş tapşırıqların icra statusuna nəzarət etmək və tapşırıqların icrası üzrə hesabatlığı təmin etmək; İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı biznes və texniki komandanı əlaqələndirmək; İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə işlərin bağlı işlərin izlənilməsi, işlərinin icrası zamanı ortaya çıxan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək; Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin test olunması üçün test ssenarilərinin formalaşdırılmasını təmin etmək; Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin istifadəçi testlərini təşkil etmək, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılmasını təmin etmək; Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin tətbiq olunmasını təmin etmək və keçid prosesində dəstək göstərmək; İT həllərinin istifadəsi ilə bağlı təlimatların hazırlanması və təlimlərin keçirilməsini təmin etmək; Şirkətin rəqəmsallaşma strategiyasının icrasına vəzifə öhdəlikləri çərçivəsində dəstək göstərmək, İT sistemlərinin şirkətin biznes prosesləri ilə uyğunluğunu təmin etmək; Mövcud İT sistemlərinin performansı və effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və bu istiqamətdə tövsiyələr vermək; Bazar tendensiyaları və texnoloji yeniliklər barədə məlumatlı olmaq və şirkətin rəqabət üstünlüyünü artırmaq üçün yeni həllər təklif etmək.

Anbar fəhləsi (Sabirabad)

Tam Ştat

Əmtəə-maddi sərvətlərin anbara qəbul edilməsi, buraxılması və lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək; Malların anbar sahəsinə düzgün və səmərəli şəkildə yerləşdirilməsini təmin etmək; Mal-material, inventar, təkər, motor və sürtkü yağları, zəhərli dərmanların yüklənməsi və boşaldılması proseslərini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək; Yükqaldırıcı platforma və avtoyükləyici texnikadan təhlükəsiz şəkildə istifadə etməklə yükləmə-boşaltma əməliyyatlarını icra etmək; Malların stellajlara yığılması və oradan götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək; Sifarişçilərə malların təhvil verilməsi, sayılması və yüklənməsi proseslərində aktiv iştirak etmək; Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək; Yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək; Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək, lazım gəldikdə ümumi təmizlik işlərində iştirak etmək; Nasazlıq və texniki uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək; Müəssisənin ətraf mühit və təhlükəsizlik prosedurlarına uyğun şəkildə tullantıların təmizlənməsi və təhlükəsiz iş şəraitinin qorunmasını təmin etmək.