Traktorçu (Beyləqan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Traktor idarə etmə hüququ verən vəsiqəni, traktoru idarə etmək hüququ verən etibarnaməni və ya yol vərəqəsini iş zamanı üzərində saxlamalıdır;
Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamalıdır;
Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir;
İşə başlamazdan əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamalıdır;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir;
Texnoloji rejim normalarına, texnoloji reqlamentə və təlimatlara ciddi riayət etməlidir;
Zavod rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməlidir;
Traktorda kənar şəxslərin olmasına yol verməməlidir;
Traktora yükləmə işi aparılarkən təhlükəsizlik qaydalarına riayət etməli, traktorun mövcud yükqaldırma qabiliyyətindən artıq yüklənməsinə yol verməməlidir;
Traktoru idarə edərkən sürət həddinə ciddi riayət etməlidir;
Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etməlidir;
Traktora, onun qoşqusuna və ya lafetinə adam mindirmək, həmçinin lafetdən insanların daşınması üçün istifadə etmək qəti qadağandır;
Dərman səpən qurğularda dərman hazırlanması yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirilməli, bu zaman müvafiq FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə olunmalıdır. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı”nda göstərilən təhlükəsizlik qaydalarına riayət edilməlidir;
Tələb olunduqda kombayn və digər xüsusi texnikanı (bunun üçün müvafiq hüquq və səlahiyyəti olduğu təqdirdə) idarə etməlidir;
Kombayn/xüsusi texnika ilə aqrotexniki və digər işləri (texnikanın spesifikasiyasına uyğun olaraq) yerinə yetirməlidir.
Tələblər
Təhsil: Tam orta və ya texniki peşə məktəbi.
Təcrübə: Analoji sahədə minimum 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili.
Sənədlər: Traktor idarə etmə hüququ verən vəsiqə; iş zamanı tələb olunduqda etibarnamə və/yaxud yol vərəqəsi.
Peşəkar bilik və bacarıqlar: Traktorun mexanizmlərini və təhlükəsizlik cihazlarını işə başlamazdan əvvəl yoxlama, əyləc və digər sistemlərin sazlığını nəzarətdə saxlama, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak, yükləmə/daşıma və aqrotexniki işləri normativlərə uyğun icra etmə.
Normativ və təhlükəsizlik tələbləri: Əmək Məcəlləsi, müəssisənin daxili normativ sənədləri, texnoloji reqlament və təlimatları, həmçinin texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli və işində rəhbər tutmalıdır.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11767
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+