Tornaçı (Sabirabad)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 12 fevral 2026
Təsvir
Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir;
Verilmiş tapşırıq parametrləri çərçivəsində işi planlaşdırmaq;
Mexaniki və elektrik təhlükəsizlik qaydalarına əməl etmək, xüsusi fərdi qoruyucu geyim və eynəklərdən istifadə etmək;
Texniki tələblərə cavab vermək baxımından istismar prosesi zamanı avadanlıqlara və əməliyyatlara nəzarət etmək və müvafiq nizamlamalar etmək;
İş tapşırığını yerinə yetirmək üçün texniki təlimatlara uyğun olaraq avadanlığı işə salmaq, istismar etmək, söndürmək və dəzgahları elektrik şəbəkəsindən ayırmaq;
İş sahəsini təsərrüfat standartlarına uyğun saxlamaq;
Dofferlərin yonulması və yığılması əməliyyatlarını yerinə yetirmək;
Hidrovlik şlanq bərpa işlərini həyata keçirmək.
Tələblər
Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması və nizamlanmaıs qaydaları;
Detalların dəzgaha bağlanma və yoxlanması üsulları;
Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri və torna qurğuarında mükəmməl işləmək;
Mürəkkəb torna əməliyyatları rejimlərinin seçilməsi bacarığı;
Müxtəlif torna işlərini yerinə yetirmə bacarığı.
Səriştə və bacarıqlar:
Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
Həllyönümlü olmaq;
Təşəbbüskarlıq;
Diqqətlilik.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçPrime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4746
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+