Topoqraf
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
“Sea Breeze Construction” MMC Topoqraf vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Ərazinin təhlilinin aparılması, obyekt və hadisələrin ölçmələrinin yüksək dəqiqliklə həyata keçirilməsi, Abris (əl ilə çəkilmiş sxematik plan) tərtib etmək bacarığı;
Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik xəritə və planların (syomka) hazırlanması;
Şəhərsalma layihələri və həcm hesabatları üçün relyef ilə işləmək bacarığı;
Topoqrafik ölçmələr, xəritəçəkmə və ərazi təhlili sahəsində geniş biliklərə malik olmaq;
Topoqrafiya və geodeziya mühəndisliyinə aid ölçmə cihazlarından istifadə etmək bacarığı;
Topoqrafik məlumatları müvafiq proqram təminatlarına köçürərək hesabatların hazırlanması və təqdim edilməsi;
Sahədə baş verən dəyişiklikləri və iş prosesində irəliləyişləri mütəmadi olaraq izləmək və qrup rəhbərliyinə məlumat vermək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil – arzuolunandır (Geodeziya və Xəritəçilik mühəndisliyi);
Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
AutoCAD proqramında və Total Station, GPS avadanlıqları ilə sərbəst işləmə bacarığı.
Əlavə məlumat:
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze
İş qrafiki: 6/1.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Construction
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11957
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə