Tikinti üzrə iş icraçısı
Bakı,, Bakı, şəhəri
Tam Ştat
Orta Səviyyə
2.000 AZN-dən
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
Vakansiya: İş icraçısı (Tikinti sahəsində)
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində görülən işlərin layihə, texniki sənədlər və iş qrafikinə uyğun icrasına nəzarət etmək;
İşçi briqadalarının fəaliyyətini təşkil və idarə etmək;
Günlük və həftəlik iş həcmlərini planlaşdırmaq, icra hesabatlarını hazırlamaq;
Materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək;
Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Texniki nəzarətçi və mühəndislərlə koordinasiyalı şəkildə işləmək;
Görülmüş işləri qəbul aktlarına əsasən sənədləşdirmək.
Tapşırığı tam və vaxtında yerinə yetirmək.
İş zamanı avadanlıq və materialları qorumaq və düzgün istifadə etmək.
İş yerində təhlükəsizlik qaydalarına riayət etmək.
İş zamanı yaranan problemləri və gecikmələri layihə rəhbərinə dərhal bildirmək.
Layihə rəhbərinin verdiyi əlavə tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
Minimum 5 il iş icraçısı kimi təcrübə;
Layihə oxuma bacarığı və texniki biliklər;
Komanda ilə işləmə və idarəetmə bacarığı;
Məsuliyyətli, dəqiq və operativ işləmək qabiliyyəti;
MS Office (xüsusilə Excel) və AutoCAD proqramlarında işləmə bacarığı üstünlük sayılır.
Şərait:
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 gün / 09:00 – 18:00
Əmək haqqı: 1500 – 2000 (NETT)
Maraqlanan namizədlər mövzu sətrində “Tikinti üzrə iş İcraçısı” qeyd etməklə CV-lərini
novasservicescv@gmail.com ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Novas Services
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8400
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə