Tikinti üzrə Briqadir
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq;
Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirib, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarına öyrətmək;
Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək.
Tələblər
Bəy namizəd
Tikinti sahəsində təcrübə
İşçi briqadasını idarəetmə bacarığı
Sahədə işlərin təşkilini bilmək
Müvafiq sahə üzrə 1 ildən artıq təcrübəyə üstünlük verilir;
Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;
İş barədə məlumat:
İş vaxtı: Həftə içi 6 gün
İş Yeri: Kəlbəcər
Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır
Qeyd: Yalnız tikinti sahəsində təcrübəsi olan şəxslər müraciət etsin.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə Müraciət etdüyməsində göstərilən e-mail ünvanına göndərə bilər.
Necə Müraciət Etmək Olar
Azinvest İnşaat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13970
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə