Tikinti sahəsinin rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 15 yanvar 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri
Sahə üzrə tikinti proseslərinin idarə edilməsi
Tikinti sahəsində gündəlik işlərin təşkili və icrasına nəzarət etmək.
Layihə sənədləri, texniki çertyojlar və təsdiq edilmiş iş qrafikinə uyğunluğun təmin edilməsi.
Sahədə aparılan tikinti, montaj və təmir işlərinin keyfiyyətinə nəzarət etmək.
Mağaza açılışı və obyektlərin təhvil verilməsi
Yeni mağazaların açılışa hazırlanması prosesinin sahə üzrə idarə olunması.
Açılış öncəsi yoxlamaların (check-list) icrasına və aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət.
Obyektlərin istismara və aidiyyəti struktur bölmələrə təhvil verilməsində iştirak etmək.
Material və resurslara nəzarət
Tikinti materiallarının sahəyə vaxtında və düzgün çatdırılmasına nəzarət.
Materialların təyinatı üzrə və səmərəli istifadəsinin təmin edilməsi. İtkilərin və əlavə xərclərin qarşısının alınması.
Hesabatlılıq və koordinasiya
Layihənin sahə üzrə icra vəziyyəti barədə Layihə Şöbəsi rəhbərliyinə mütəmadi hesabatlar təqdim etmək.
Layihə menecerləri, mühəndislər və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
Sahədə baş verən dəyişikliklər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
Tələblər
Təhsil və iş təcrübəsi
Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr).
Tikinti sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən sahə rəisi və ya sahə nəzarətçisi vəzifəsində təcrübə.
Mağaza açılışı, retail və ya kommersiya obyektləri üzrə inşaat təcrübəsi üstünlükdür.
Peşəkar bilik və bacarıqlar
Tikinti norma və qaydaları, texniki şərtlər və layihə sənədləri üzrə biliklər.
Texniki çertyojları oxuma və sahədə tətbiq etmə bacarığı.
MS Office proqramları ilə işləmək bacarığı (AutoCAD biliyi üstünlükdür).
Şəxsi keyfiyyətlər
Güclü təşkilatçılıq və nəzarət bacarığı.
Operativlik, məsuliyyətlilik və nəticəyönümlülük.
Detallara diqqət və yüksək icra intizamı.
Stressə davamlılıq və sahə şəraitində işləmə bacarığı.
Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.
Uyğun namizədlər cv-I “Tikinti sahəsinin rəisi” başlığı altında göstərilən email-ə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Araz Supermarket MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2905
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə