Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 22 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

AVAZ Eşitmə və Nitq Mərkəzi (Bakı şəhəri) Audioloq və eşitmə cihazları üzrə mütəxəssis vəzifəsi üzrə namizəd axtarır!

Namizəd xidmət keyfiyyətinin artırılmasına töhfə verməli, müraciət edən şəxslərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri

  • Müraciət edən şəxslərin qəbulu və müayinələrinin aparılması

  • Müayinə nəticələrinə əsasən eşitmə cihazının təyin edilməsi

  • Eşitmə cihazlarının istifadəsi ilə bağlı müraciət edən şəxslərin məlumatlandırılması

  • Eşitmə cihazlarının tənzimlənməsi

  • İş prosesi ilə bağlı məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi

  • Avadanlıqların düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət

Namizədə dair tələblər

  • Ali və ya orta-ixtisas səviyyəli tibb təhsili

  • Rus və ya ingilis dillərində orta səviyyədə biliklər (üstünlükdür)

  • MS Office proqramları ilə işləmək bacarığı

  • Peşə etikası, güclü ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma

  • Yaş həddi: 22–50 yaş

İş şərtləri

  • Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri

  • İş rejimi: Tam iş günü

  • Həftəlik istirahət günü: 1 gün

  • Əməkhaqqı: 700 AZN (+ mükafat)

Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Audioloq” qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Avaz Eşitmə və Nitq Mərkəzi

Avaz Eşitmə və Nitq Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9494

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya