Texniki Xidmət üzrə Menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
İşin öhdəlikləri:
GPS avadanlığın quraşdırılması üçün satış komandası tərəfindən təyin olunmuş Müştərilərin sənədlərini toplamaq (Fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, etibarnaməsini və sair hüquqi tələb olunan sənədlər. Hüquqi şəxs olduqda – VOEN, bank rekvizitləri və və sair hüquqi tələb olunan sənədlər)
Sadalanan sənədləri şirkətin buludunda (One Drive) hər bir Müştəriyə onun adı soyadı və ya şirkətin adı ilə qovluq yaradaraq həmin qovluqlara yerlşərdirmək
Hazırlanmış müqavilə nümunələrinə müştərilərin fərdi məlumatlarını daxil edərək onunla şirkət arasında müqavilə bağlanmasını təmin etmək. İmzalanmış müqavilələri Müştərinin adına açılmış şirkətin buludunda (One Drive)-a yerləşdirmək
Müqavilə olmadan Müştərilərin əmlakına GPS quraşdırılması qəti yol verilməzdir.
Müştərilər ilə razılaşdıraraq əmlaklarına GPS quraşdırılması üçün yeri (məkanı), günü və vaxtı təyin edərək Qeydiyyat Jurnalında aparmaq
GPS quraşdırılmasını təmin etmək məqsədilə müştərinin əlaqə nömrəsini, quraşdırılacaq GPS avadanlığın marka və modelini və müştəri ilə razılaşdırılmış digər akessuarları, avadanlıqların məlumatlarını Texniki xidmət üzrə Mütəxəssisinə ötürmək
Texniki xidmət üzrə Mütəxəssislərin vaxtlı-vaxtında Müştərinin əmlakına sözügedən GPS avadanlığının və sair aksessuarların quraşdırılmasını təmin etmək
Texniki xidmət üzrə Mütəxəssislərin işlərin dolğun, dəqiq və səliqəli görülməsini təmin edərək nəzarətdə saxlamaq
Ona təhkim olunmuş telefon və whatsapp üzərindən daxil olan müştəri sorğularının cavablandmasını təmin etmək. Zənglərə və sorğulara vaxtlı-vaxtlında cavab vermək. Sorğu Texniki Dəstək komandasına aid olduğu halda onlara dərhal yazılı şirkət emaili tərəfindən problemi tam izah edərək məlumatı ötürmək
Anbarda stok səviyyələrinə nəzarət etmək, daxil olan və çıxan materialların qeydiyyatını aparmaq
Anbara daxil olan yüklərin qəbulu, çeşidlənməsi və sistemli şəkildə yerləşdirilməsini təmin etmək;
Stok hərəkətlərinin inventar idarəetmə sistemi (SRMS – təlimi keçiriləcəkdir) vasitəsilə düzgün qeyd olunmasını təmin etmək;
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Kompüter biliyi: 1C
Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
25-40 yaş aralığı;
İş qrafiki: 5 günlük, 09:00-18:00
Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
GeekBro
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8878
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer