Ana Səhifə
Vakansiyalar

Texniki xidmət rəisi

Texniki xidmət rəisi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 - 2.500 AZN

Yerləşdirilib 9 yanvar 2026

Son Tarix: 18 fevral 2026

Təsvir

İş sahələri: Süd məhsulları zavodu, dəyirman və çörək zavodu

Vəzifə öhdəlikləri:

  • Zavodların istehsalat proseslərində istifadə olunan soyutma sistemlərinin quraşdırılması, istismarı və texniki baxışına nəzarət

  • Buxar aparatlarının, qazanxana və istilik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsinə nəzarət etmək

  • Elektrik təsərrüfatı üzrə avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasına nəzarət

  • Planlı profilaktik texniki xidmətlərin təşkil olunması

  • Nasazlıqların aradan qaldırılması və modernləşdirmə işlərinin həyata keçirilməsi

  • İstehsalatda texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət

  • İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək

  • İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək

Tələblər:

  • Ali texniki təhsil (energetika, mexanika, elektrik mühəndisliyi və ya oxşar ixtisas)

  • Soyutma sistemləri, buxar aparatları və elektrik avadanlıqları üzrə ən azı 3 il mühəndislik təcrübəsi

  • Süd sənayesi, dəyirman və çörək zavodlarının avadanlıqları ilə iş təcrübəsi üstünlükdür

  • Komanda idarəetmə və problem həll etmə bacarığı

  • Təhlükəsizlik normaları və texniki standartlar üzrə biliklər

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 27 - 50
Cins : Kişi
Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük

  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

  • Ünvan: Binəqədi yolu 100

  • Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydası: CV-lərinizi vakansiyanın adını qeyd edərək email ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4509

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya