Ana Səhifə
Vakansiyalar

Texniki-təsərrüfat meneceri

Texniki-təsərrüfat meneceri

Bakı

Tam Ştat

Menecer

700 AZN-dən

Yerləşdirilib 28 yanvar 2026

Son Tarix: 9 mart 2026

Təsvir

İş şəraiti:
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
İş qrafiki: həftədə 6 gün
İş forması: əsas iş yeri olmaqla tam ştatlı məşğulluq
Əmək haqqı: 700 AZN
Email: hr@xatai7.org.az

İş haqqında

Müvafiq sahədə minimum 5 il iş təcrübəsi.
Təhsili: ali (əlaqəli texniki sahədə)
Texniki biliklər və komanda idarəetmə bacarığı.
Problemləri operativ şəkildə müəyyən etmə və həll etmə qabiliyyəti.
MS Office proqramlarında baza bilikləri.
Yaş həddi: 35-65.

Tələblər

Binanın bütün mühəndis-texniki sistemlərinin (lift, elektrik, su/kanalizasiya, qazanxana, yanğınsöndürmə, video-müşahidə) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək; hər gün bütün sahələrdə (bloklar, zirzəmilər, texniki mərtəbələr) vizual baxış və texniki təftiş keçirmək
Cari və əsaslı təmir işlərini planlaşdırmaq, icrasına nəzarət etmək və qəbul-təhvil aktlarını rəsmiləşdirmək; mühəndis sistemlərini mövsumi istismara (qış/yay) hazırlamaq
Texniki heyətin (elektrik, santexnik, lift mexaniki, xadimə, mühafizə və s.) iş qrafikini və gündəlik iş bölgüsünü təyin etmək, əmək intizamına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
Həyətyanı sahənin, yaşıllıqların və ümumi sahələrin təmizliyinə, sanitariya normalarına nəzarət etmək; sakinlərdən daxil olan müraciətləri araşdırmaq və operativ həllini təşkil etmək
Görülmüş işlər, texniki risklər və təmir ehtiyacları barədə İcraçı direktora mütəmadi yazılı hesabatlar təqdim etmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6581

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer