Texniki Ofis mühəndisi / Smeta mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
1.500 - 3.000 AZN
Yerləşdirilib 27 may 2026
Son Tarix: 5 iyul 2026
Təsvir
Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə)
Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi
Qüvvədə olan smeta hesablama qaydalarını, tikinti normativlərini və metodiki göstərişləri mükəmməl bilmək
Layihə-smeta işləri üçün normativ-hüquqi sənədlərlə işləmək təcrübəsi
Titul vərəqələrinin, qüsur aktlarının və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək
AutoCAD proqramında sərbəst işləmək bacarığı
MS Excel-də yüksək səviyyədə işləmək bacarığı (hesablama, cədvəllər, analiz) (mütləq)
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Texniki Ofis Mühəndisi və yaSmeta mühəndisi**”** qeyd etməklə Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması
Ümumi tikinti və MEP işləri üzrə layihə-smeta sənədlərinin tərtib edilməsi
Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi
Layihə / spesifikasiya ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması
Smetaya edilən dəyişikliklərin sənədlərə vaxtında və düzgün inteqrasiyası
Podratçı və üçüncü tərəflər tərəfindən təqdim olunan smetaların texniki və normativ baxımdan yoxlanılması və arayışların hazırlanması
Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi
Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi
Layihə üzrə büdcə risklərinin analizi və smeta dəyərinin uyğunlaşdırılması
Forma 2, Forma 3, Forma M-29 və texniki hesabatların hazırlanması
Tender təkliflərinin hazırlanması, qiymət analizlərinin aparılması və tender komissiyası ilə yazışmalar
Təchizatçılardan alınan qiymətlərin müqayisəli təhlili və baza yaradılması
Yenidən qurulan və ya təmir olunan obyektlər üçün titul vərəqələrinin hazırlanmasında iştirak
Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak
Necə Müraciət Etmək Olar
Azgrant Construction MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18532
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə