Texniki ofis mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 17 aprel 2026
Təsvir
*Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;
Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;
Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
Qiymətləndirmə üçün hesabatların aparılması;
Vəzifəyə dair tələblər:
Mühəndislik sahəsi üzrə ali təhsil;
Texniki şöbədə minimum 3 il iş təcrübəsi;
İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);
Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət;
Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.
İş yeri: Şuşa şəhəri
Namizədlərdən öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Necə Müraciət Etmək Olar
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12734
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə