Texniki nəzarət üzrə baş mühəndis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:
Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi
Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması
Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması
Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi
Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət
Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi
2) Layihə sənədlərinin nəzərdən keçirilməsi:
Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi.
Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi
Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi.
Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi.
3) Tikinti prosesinə nəzarət:
Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi.
Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi.
Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi
4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı
BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması
Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi
Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək
5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi
Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi
Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi
Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi
6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya
Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.
İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti
Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi
7) Hesabatlılıq və idarəçilik dəstəyi
Həftəlik və aylıq texniki hesabatların hazırlanması
Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı.
Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı.
AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi).
Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik.
Müqavilə və texniki sənədlərlə işləmə bacarığı.
Güclü ünsiyyət, analitik və hesabat hazırlama bacarığı.
Texniki analiz və risk qiymətləndirmə bacarığı.
Təhsil və iş təcrübəsi:
Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.) olmalı.
Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə olmalı.
Böyük miqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı.
Bir çox layihə funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük verilir.
Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük verilir.
Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük verilir.
Necə Müraciət Etmək Olar
PMD Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10058
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə