Təmizlik xidmətləri üzrə qrup rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 yanvar 2026
Son Tarix: 8 mart 2026
Təsvir
PAŞA Property Management “Təmizlik xidmətləri üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Təmizlik heyətinin fəaliyyətinə nəzarət və koordinasiya: tapşırıqların bölgüsü, təlimlərin keçirilməsi və iş keyfiyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş standartların təmin edilməsi.
Əmlakın bütün sahələri üzrə mütəmadi yoxlamaların aparılması, təmizlik və gigiyena standartlarına uyğunluğun təmin edilməsi.
Əməkdaşlarla birbaşa ünsiyyətin qurulması, onlara metodiki dəstəyin göstərilməsi və görülən işlər üzrə geribildirimlərin verilməsi.
Təmizlik ləvazimatları və avadanlıqlarının ehtiyatlarının izlənilməsi, vaxtında təminatın təşkili və yenilənməsinin koordinasiyası.
Təmizliklə bağlı yaranan problem və iradların operativ və effektiv şəkildə aradan qaldırılması.
Təmizlik işlərinə dair sənədləşmənin aparılması, o cümlədən iş qrafikləri, yoxlama hesabatları və əməkdaşların fəaliyyət qiymətləndirmələrinin qeydiyyatı.
Texniki xidmət və əmlakın idarə edilməsi şöbələri ilə əməkdaşlıq edərək təmizlik işlərinin koordinasiyası və xüsusi tələblərin icrası.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, təmizlik heyəti üçün təhlükəsiz iş mühitinin yaradılması.
Tələblər
Təmizlik və ya hospitality sahəsində 3-4 il iş təcrübəsi;
Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
Təmizlik texnologiyaları, vasitələri və avadanlıqları üzrə biliklər;
Azərbaycan dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarığı, ingilis və rus dili biliyi üstünlükdür;
Kimyəvi maddələr, təmizləyici materiallar və s. yüksək səviyyədə biliklərə sahib olmaq;
MS Office və təmizlik idarəetmə proqramları üzrə bacarıqlar (üstünlükdür).
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6525
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000