Təmizlik şöbəsi üzrə nəzarətçi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Gündəlik olaraq təmizlik heyətinin iş bölgüsünü planlaşdırmaq və nəzarət etmək, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək.
Qonaq otaqları, ümumi ərazilər, xidmət sahələri və işçi otaqlarında yüksək təmizlik və gigiyena standartlarının tətbiqinə nəzarət etmək.
İşçi heyətinin işə davamiyyətinə, etik davranışına və formasına (uniformasına) nəzarət etmək.
Yeni əməkdaşların təlimini təşkil etmək, onların peşəkar şəkildə inkişafına dəstək olmaq.
Otaqların və ərazinin təmizlik yoxlamalarını keçirmək, çatışmazlıqları müəyyənləşdirərək dərhal aradan qaldırmaq.
Təmizlik ləvazimatlarının və təchizatın istifadəsinə nəzarət etmək, materialların səmərəli istifadəsini təmin etmək.
Lazımi materialların vaxtında sifariş olunması üçün anbar ehtiyatlarını izləmək və hesabat təqdim etmək.
Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq.
Əməkdaşlar arasında əmək intizamını qorumaq, daxili qaydalara riayət olunmasını təmin etmək.
Otelin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək.
Otel tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək.
Rəhbərlik tərəfindən verilən digər əsaslı vəzifə və tapşırıqları yerinə yetirmək.
Namizədə Tələblər:
Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübənin olması üstünlükdür.
Dəyişkəm iş qrafikində işləyə bilmək.
Qonaq məmnuniyyəti və yüksək xidmət keyfiyyətinə sadiqlik.
İngilis və Rus dillərində orta səviyyədə bilməlidir.
Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur.
Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Ibis Baku city
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4070
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə