Təmizlik işçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
İşçi və qonaq sahələrində gündəlik təmizliyin keyfiyyətli şəkildə həyata keçirilməsi;
Qonaq otaqlarının standartlar çərçivəsində təmizlənməsi
İstifadəyə verilmiş təmizlik ləvazimatı və avadanlıqlardan düzgün və səliqəli şəkildə istifadə olunması;
Paltarların və digər parçaların çeşidlənməsi, yuyulması, qurudulması, ütülənməsi və qatlanması
Camaşırxana avadanlıqlarının təhlükəsiz və səmərəli şəkildə idarə olunması
Ləkələrin və zədələrin yoxlanılması
İş yerinin təmiz və səliqəli saxlanılması
Göstərilən xidmətlər üzrə keyfiyyət standartlarına riayət olunması
İşçi və qonaq geyimlərinin yuyulmasına nəzarət
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə icra olunması;
Günün sonunda görülən işlərin məsul şəxsə təhvil verilməsi və hesabatlılığın təmin edilməsi.
Namizədə Tələblər:
Gülərüz, səmimi və mehriban olmaq;
Komanda ilə işləmə bacarığına malik olmaq;
Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür.
İş Şərtləri:
İş rejimi növbəli iş qrafiki əsasında nizamlanır.
İşçi həftəlik iki istirahət günü ilə təmin edilir.
Qidalanma şirkət tərəfindən təmin olunur.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun şəkildə aparılır.
Tələblərə uyğun namizədlərdən öz “CV/Resume”lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya birbaşa olaraq +994 50 838 50 46 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur,
Necə Müraciət Etmək Olar
Ibis Baku city
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8068
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə