Ana Səhifə
Vakansiyalar

Təmizlik işçisi

Təmizlik işçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 23 fevral 2026

Təsvir

PAŞA Property Management “Təmizlik işçisi (kişi namizədlər)” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Mərtəbələrdə döşəmələri, dəhlizləri və yanğın pilləkanlarını təmizləmək;

  • Eskalatorları təmizləmək (aşağı və yuxarı platformalar, yan şüşələr, pilləkənlər və sürahilər);

  • Binanın giriş qapılarını, döşəməni, arakəsmə şüşələrini, turniketləri, qəbul otağını və ətraf əraziləri təmizləmək;

  • Təmizlik işçilərinin alət və avadanlıqlarının saxlanıldığı anbarı və avadanlıqları təmizləmək;

  • Binanın fasadını və dam hissəsini təmizləmək;

  • Binanın ətrafı çöl ərazini təmizləmək;

  • Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İşində cəld və məsuliyyətli olmaq;

  • Komanda ilə işləmə bacarığı;

  • Təmizləyici kimyəvi maddələrdən və ləvazimatlardan istifadə qaydalarını bilməli;

  • Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4920

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik Mühəndisi

Tam Ştat

PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək; Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək üçün kiçik təmirlər daxil olmaqla, şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm olaraq planlaşdırılmış texniki xidmət göstərmək; Ehtiyac olduqda reaktiv texniki xidmət göstərmək və dəyişən prioritetlərə uyğun işləmək; Yerli standartlara uyğun elektrik quraşdırma işlərini aparmaq; Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri tam, dəqiq və vaxtında doldurmaq; Ehtiyac olduqda xarici podratçılarla əlaqə saxlamaq və kömək etmək; Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq, vaxtında tədbirlər görmək; Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq; Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və ya avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək; Ehtiyac olduqda texniki məsələləri və problemləri aydınlaşdırmaq və aradan qaldırmaq üçün müştərilər və təchizatçılarla birgə işləmək; Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq; Digər komanda üzvlərinin inkişafına dəstək vermək ; Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq; Avadanlıqlara texniki istismar xidməti göstərmək; Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.

İstismar xidmətləri üzrə koordinator

Tam Ştat

Xidmət tələbləblərini və sorğuları qəbul etmək, qeydə almaq, prioritetləşdirmək və texniki heyətə yönləndirmək, kirayəçilərin və əməliyyatların sorğularının vaxtında həllini təmin etmək; İş yükü, təxirəsalınmazlıq və mütəxəssislik səviyyəsinə əsasən texniki işləri müvafiq heyətə və ya podratçılara təhkim etmək; Kirayəçilər, obyektin idarə heyəti və texniki xidmət qrupu arasında əsas əlaqələndirici olmaq, xidmət tələbləri və texniki işlərin cədvəli haqqında məlumat vermək; Texniki xidmət fəaliyyətlərini, iş sifarişlərini və avadanlıq servis tarixçəsini dəqiq qeydiyyata almaq (CMMS və ya digər sistemlər vasitəsilə); Texniki xidmət üçün tələb olunan alət, ehtiyat hissələri və materialları izləmək, ehtiyatların vaxtında yenilənməsi üçün satınalma şöbəsi ilə əməkdaşlıq etmək; Texniki xidmət işlərinin təhlükəsizlik qaydalarına, şirkət siyasətinə və ümumi standartlarına uyğunluğunu təmin etmək. Elektrik kəsintisi, santexnika nasazlığı və yanğın siqnal sisteminin işə düşməsi kimi fövqəladə hallarda operativ tədbirlər görmək; Texniki xidmət üzrə işlərin icra göstəriciləri və tamamlanmış iş sifarişləri barədə hesabatlar hazırlamaq; Texniki xidmət prosedurlarının və iş proseslərinin daha səmərəli və qənaətcil olması üçün təkliflər vermək; Texniki sistemlərin və obyektin ümumi vəziyyətinin mütəmadi yoxlanmasını həyata keçirmək, aşkar edilən nasazlıqları dərhal həll etmək üçün tədbirlər görmək; BMS üzərindən mühəndis sistemlərini izləmək və lazımi hallarda texniki qrupa yönləndirmək; Gecə növbəsi, həftəsonları və bayram günlərində fövqəladə hallarda təmizlik komandasını yönləndirmək, obyektin təmizlik və gigiyena standartlarını qorumaq.

Baş Şəbəkə Administratoru

Tam Ştat

PAŞA Property Management “Baş Şəbəkə Administratoru” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Şəbəkə Təhlükəsizliyi və İnfrastrukturunun inkişaf etmiş səviyyədə idarə olunması sahəsində dərin bilik və təcrübə; VLAN-lar vasitəsilə şəbəkə seqmentasiyası, VLAN-lararası yönləndirmə və port səviyyəsində təhlükəsizlik tətbiqləri (802.1X port autentifikasiyası və MAC-ünvan əsaslı giriş nəzarəti) üzrə peşəkar bacarıqlar; İkinci və üçüncü səviyyə şəbəkə texnologiyalarında yüksək səriştə: VLAN-lar, trunking, STP (RSTP/MSTP), EtherChannel texnologiyaları; Yüksək mövcudluq (High Availability) və ehtiyatlılıq təminatı üçün link və qurğu ehtiyat mexanizmlərinin (HA klasterləşməsi, stacking) qurulması, ehtiyat marşrutlaşdırma (failover routing), ikili WAN arxitekturaları və trafik balanslaşdırma strategiyalarının tətbiqi; Yüksək əlçatanlıq və nasazlığa davamlılıq prinsiplərinə əsaslanan kritik informasiya sistemlərinin dizaynı, informasiya təhlükəsizliyi standartları və siyasətlərinin dərin mənimsənilməsi; Dayanıqlı və kəsintisiz fəaliyyət göstərən şəbəkə topologiyalarının qurulması və tətbiqi; İnkişaf etmiş VPN həllərinin (IPSec, SSL) konfiqurasiyası və inteqrasiyası; Genişləndirilmiş ACL-lərin, firewall qaydalarının və siyasət əsaslı təhlükəsizlik tətbiqlərinin hazırlanması və tətbiqi; Dinamik və statik marşrutlaşdırma protokolları (OSPF, BGP, EIGRP) ilə peşəkar səviyyədə işləmə bacarığı; Marşrutlaşdırıcılar, kommutatorlar, simsiz nəzarətçilər və firewall sistemlərinin həm CLI (əmr sətri interfeysi), həm də GUI (vizual interfeys) üzərindən idarə olunması, firmware yeniləmələrinin həyata keçirilməsi və konfiqurasiya ehtiyat nüsxələrinin idarəolunması; Mərkəzləşdirilmiş nəzarət və ya bulud əsaslı idarəetmə platformaları üzərindən müəssisə səviyyəli simsiz şəbəkələrin dizayn və konfiqurasiyası; TCP/IP protokol dəsti, IPv4/IPv6 ünvanlaşdırma, subnetting, DNS, DHCP, NTP, Syslog, SNMP və NetFlow texnologiyalarının dərin texniki anlaşılması və tətbiqi; Məlumat jurnallarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili (məsələn, FortiAnalyzer və oxşar sistemlər); Şəbəkə monitorinqi və idarəedilməsi üçün qabaqcıl platformaların istifadəsi (PRTG, Zabbix və s.); Bütünləşdirilmiş Təhlükəsizlik Qurğularının (UTM) funksionallığı – veb-filtrasiya, müdaxilələrin aşkarlanması və qarşısının alınması sistemləri (IPS/IDS), antivirus sistemləri və trafik prioritetləşdirmə üzrə geniş təcrübə; Fərqli istehsalçılara məxsus şəbəkə avadanlıqları ilə işləmə və kompleks heterogen şəbəkələrin idarəolunması bacarığı; VoIP arxitekturası və SIP protokolu üzrə texniki dərinlik, eləcə də Cisco CUCM, 3CX və digər VoIP platformaları ilə təcrübə; IP telefon və softphone həllərinin yerləşdirilməsi, konfiqurasiyası və istismarı.