Təmizlik bölməsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 19 yanvar 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Klinikanın bütün sahələrində (palatalar, kabinetlər, ümumi istifadə yerləri və s.) təmizlik işlərinin təşkilinə rəhbərlik etmək;
Təmizlik heyətinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsü aparmaq və gündəlik nəzarəti təmin etmək;
Dezinfeksiya və gigiyena qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
İstifadə olunan təmizlik və dezinfeksiya vasitələrinin düzgün tətbiqini təmin etmək;
Təmizlik materiallarının və avadanlıqlarının vaxtında təmin olunmasına dair sifarişlər hazırlamaq;
Klinikanın sanitariya-gigiyenik normalara uyğun fəaliyyətinə nəzarət etmək və hesabat vermək;
Təmizlik heyətinin iş keyfiyyətinə nəzarət etmək, qiymətləndirmək və peşəkar davranış qaydalarına əməl olunmasını təmin etmək.
Tələblər
Orta ixtisas təhsili;
Ən azı 5 il iş təcrübəsi, o cümlədən 3 il rəhbər vəzifədə iş təcrübəsi;
Üstünlükdür: Beynəlxalq xəstəxana təmizlik qaydaları və JCI standartlarını bilmək
Sanitariya-gigiyena normaları və dezinfeksiya qaydaları barədə biliklər;
Komandaya rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəzarəti təmin etmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ işləmək qabiliyyəti;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Xankəndi şəhərində işləməyə hazır olmaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Qarabağ Universitetinin Klinikası
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2817
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə