Təmir və texniki xidmət üzrə şöbə müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Şirkətə məxsus mağazalar üzrə texniki sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
Elektrik, soyutma (fridge/freezer), HVAC və digər avadanlıqların planlı texniki baxış və təmir proseslərinin təşkili
Nasazlıqların operativ aradan qaldırılması üçün texniki komandaların koordinasiyası
Regionlar üzrə texniki xidmət işlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması
Texniki heyətin iş bölgüsünün aparılması, performansının izlənməsi və inkişafının təmin edilməsi
Ehtiyat hissələri, materiallar və servis xərclərinin effektiv idarə olunması və optimallaşdırılması
Xarici podratçılar və servis şirkətləri ilə əməkdaşlığın təşkili və nəzarəti
Mağazaların renovasiyası və rebrendinq layihələri üzrə texniki işlərin planlaşdırılması və icrasına nəzarət
Əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarına riayət olunmasının təmin edilməsi
Texniki KPI-ların izlənməsi və proseslərin optimallaşdırılması
Tələblər
Ali təhsil (Elektrik, Mexanika, Energetika və ya əlaqəli texniki sahə üzrə)
Pərakəndə sektorunda və ya çoxfiliallı şirkətlərdə minimum 5 il texniki sahədə, ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi
Elektrik, soyutma sistemləri (fridge/freezer), HVAC və digər texniki avadanlıqlar üzrə bilik və praktiki təcrübə
Texniki xidmət, nasazlıqların operativ idarə olunması və preventiv baxış proseslərində təcrübə
Texniki komandanın idarə olunması və iş bölgüsünün təşkili bacarığı
Büdcə, servis və texniki xərclərin idarə olunması üzrə təcrübə
Podratçı və servis şirkətləri ilə işləmək bacarığı
Mağaza açılışı, renovasiya və rebrendinq layihələrində iştirak təcrübəsi
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı
Azərbaycan dilində səlis ünsiyyət; rus və ya ingilis dili biliyi üstünlükdür
Regionlara ezamiyyət imkanının olması üstünlükdür
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17169
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+