Təlim üzrə Mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Şirkətimiz əməkdaşların davamlı inkişafı və effektiv korporativ təlim sisteminin qurulması istiqamətində strateji rol oynayacaq peşəkar Təlim üzrə Mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləri:
Şirkət üzrə kompleks və sistemli təlim və inkişaf modelinin hazırlanması və tətbiqi
Satış, müştəri xidməti, idarəetmə və soft skills istiqamətləri üzrə təlim proqramlarının hazırlanması və keçirilməsi
Müasir təlim metodologiyalarının (interaktiv təlim, blended learning, case study və s.) tətbiqi
Şirkət rəhbər heyəti üçün treninq, vorkşop və onlayn/oflayn təlimlərin təşkili və keçirilməsi
Əsas (strateji) müştərilər üçün xüsusi təlim proqramlarının hazırlanması və mütəmadi yenilənməsi
Təlim və inkişaf şöbəsi əməkdaşlarının peşəkar kompetensiyalarının inkişaf etdirilməsi
Komanda effektivliyinin qiymətləndirilməsi və fərdi KPI sisteminin qurulması və tətbiqi
Koçinq və mentorluq proseslərinin təşkili və idarə olunması
Komandanın məhsuldarlığının artırılması və davamlı inkişaf mühitinin formalaşdırılması
Təlim proqramlarının iştirakçı rəyləri və performans göstəriciləri əsasında davamlı təkmilləşdirilməsi
Metodiki vəsaitlərin, təqdimatların və video-təlim materiallarının hazırlanması
Təlim məzmununun əməkdaşların və sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması
Yeni əməkdaşların adaptasiya (onboarding) prosesində HR və satış şöbəsinə metodoloji dəstəyin göstərilməsi
Satış mütəxəssislərinin bilik və bacarıqlarının auditinin aparılması, boşluqların müəyyən edilməsi və inkişaf planlarının hazırlanması
Tələblər
Təlim və inkişaf, və ya satış sahəsində minimum 2 il iş təcrübəsi
Təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə praktik təcrübə
Komanda idarəetmə və liderlik bacarıqları
KPI və performans qiymətləndirmə sistemləri ilə işləmə təcrübəsi
Güclü təqdimat və kommunikasiya bacarıqları
Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir
Biz təklif edirik:
Peşəkar və inkişafyönümlü iş mühiti
5 günlük iş qrafiki (09:00–18:00)
Rəqabətli əməkhaqqı
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Around Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11841
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə