Təlim-tədris üzrə koordinator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Əsas öhdəliklər:
Təlim və tədris proseslərinin planlaşdırılması, koordinasiyası və nəzarətinin həyata keçirilməsi;
Dərs cədvəllərinin hazırlanması və müəllim qrafiklərinin idarə olunması;
Təlim qruplarının formalaşdırılması və tədris prosesinin fasiləsiz təşkil edilməsi;
Müəllim və müdavimlərin davamiyyətinin izlənilməsi və nəzarətdə saxlanılması;
Tədris keyfiyyətinin monitorinqi və inkişaf tədbirlərinin həyata keçirilməsi;
Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirilən peşə hazırlığı layihələrinin koordinasiya olunması;
Layihə üzrə müdavim siyahılarının, qrupların və təlim proseslərinin idarə olunması;
Layihələr üzrə tələb olunan hesabat və sənədlərin hazırlanması və təqdim edilməsi;
Müdavimlərin təlim sonrası işə yerləşdirilməsi prosesinin koordinasiya olunmasına dəstək göstərilməsi;
şəgötürən şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək;
Təlim və layihə nəticələrinin analiz edilməsi və rəhbərliyə hesabatların təqdim olunması;
Təlim və layihə proseslərində yaranan problemlərin operativ həll edilməsi.
Tələblər
Kvalifikasiya tələbləri:
Təhsili: Ali təhsil;
İş təcrübəsi: Müvafiq vəzifədə 1 il iş təcrübəsi;
(Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)
Yaş həddi: 20–40.
Tələb olunan bilik və bacarıqlar:
Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
Layihələrin idarə olunması və hesabatlılıq üzrə biliklər;
Yüksək səviyyədə planlama və təşkilatçılıq bacarığı;
Təlim və layihə proseslərinin monitorinqi və nəzarəti bacarığı.
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Problem həll etmə və qərarvermə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Azərbaycan dili – səlis
Rus və İngilis dillərini bilməsi üstünlükdür.
Təklif edirik:
Əmək haqqı: 600-800; (net əmək haqqı)
ARƏM uyğun rəsmi işə qəbul;
6 günlük iş qrafiki;
Karyera inkişaf imkanı;
Dinamik və inkişafyönümlü iş mühiti.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim-tədris üzrə koordinator” başlığı ilə
📧 hr@visionacademy.az elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Vision Academy MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18441
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə