Telesatış və çıxan zənglər üzrə təmsilçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

  • Müxtəlif kanallar vasitəsilə daxil olan sifariş sorğularının qəbulu və işlənməsi

  • Müştərilərə malların mövcudluğu, xüsusiyyətləri, qiyməti, ödəniş və çatdırılma şərtləri barədə məsləhət vermək

  • Sifarişin rəsmiləşdirilməsində kömək və satış prosesinin icrası

  • Müştəri müraciətlərinin qeydiyyatını aparmaq

  • Təyin olunmuş KPI-ların yerinə yetirilməsi

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq

  • Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır

  • Ofis proqramlarını bilmək

  • Komandada işləmək bacarığı

  • Səlis, aydın və intonasiya ilə danışmaq bacarığı

  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#667

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi

Tam Ştat

Vəzifə öhdəlikləri: Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.); Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət, Məhsulların vizual və funksional yoxlamalarını aparmaq; Məhsulların təchizatçıya görə kateqoriyalara bölünməsi (1P, 2P və s.). Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq; Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq; Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq; Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək; Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək; Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək; Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi; Şöbə müdirinin digər göstərişlərinin icrası. Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook); Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması. Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması. Şifahi və yazılı ünsiyyət bacarığı; Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmək bacarığı İş şəraiti: Əmək haqqı: 1000 Azn İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00 Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini göstərilənelektron poçt ünvanına **“Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi”**sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.

Diaqnostika üzrə mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Anbara daxil olan qəbul-təhvil aktlarının (o cümlədən Paylayıcı Mərkəzdən (RÇ) Çeşidləmə Mərkəzinə (SÇ), PUDO-dan RÇ-yə və s. daxil olan aktların) qəbulu və çeşidlənməsinə cavabdehdir, onların skan edilməsi və onlayn giriş üçün sistemə yerləşdirilməsini təmin edir. Qəbul-təhvil aktlarının düzgün tərtib olunmasına nəzarət edir. Məlumatları natamam və ya səhv olan sənədlər xətaların aradan qaldırılması üçün müvafiq şöbəyə geri qaytarılır. Qaytarılma axını üzrə SLA-nın yerinə yetirilməsinə nəzarət edir; bu məsuliyyət logistika üzrə əməkdaşların səlahiyyət dairəsinə daxildir. Müddət pozuntusu aşkar edildikdə, operator gecikmələrin aradan qaldırılması üçün müvafiq logistika əməkdaşlarını məlumatlandırır. PUDO-dan Paylayıcı Mərkəzə (RÇ) daxil olan sifariş məlumatlarının uyğunluğuna nəzarət edir. Bu vəzifəyə daxildir: təhvil verilməsi nəzərdə tutulan və faktiki daxil olan malların sayının yoxlanılması; uyğunsuzluqların müəyyənləşdirilməsi (məsələn, sənəddə 20 ədəd göstərilib, faktiki 10 ədəd daxil olub); uyğunsuzluqlar barədə məlumatın səbəblərin müəyyənləşdirilməsi üçün müvafiq şöbələrə ötürülməsi. Şöbənin fəaliyyətinə aid olan rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook); Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması. Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması. Şifahi və yazılı ünsiyyət bacarığı; Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmək bacarığı İş şəraiti: Əmək haqqı: 1000 Azn İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00 Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini göstərilənelektron poçt ünvanına “Diaqnostika üzrə mütəxəssis” sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.