Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Sürücü

Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü

Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü

Tam Ştat

Orta Səviyyə

900 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

İş şəraiti:

  • Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması

  • Əmək haqqı: 900 - 1100 AZN

  • Növbə: gündüz və yaxud gecə

  • İş rejimi: qanunvericiliyə uyğun olaraq

Vəzifə öhdəlikləri:

  • Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək

  • Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək

  • Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq

  • Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək

  • Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili

Tələblər

  • Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi

  • Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi

  • Yük maşınlarının idarə olunmasında təcrübə

  • Məsuliyyətli, intizamlı və etibarlı olmaq

  • Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq

  • Minimum yaş həddi – 21 yaş

Üstünlüklər:

  • ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir

  • Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir

  • Texniki biliklərin olması əlavə üstünlükdür

  • Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

AZ Logistika and Management Services

AZ Logistika and Management Services

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17686

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Xərclərə nəzarət üzrə mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri Şirkətin maliyyə, əməliyyat və inzibati fəaliyyətinin daxili prosedur və qaydalara uyğunluğunu mütəmadi olaraq yoxlayır; Mühasibat uçotu, ödənişlər, kassa əməliyyatları, bank köçürmələri və digər maliyyə əməliyyatlarının düzgünlüyünü təhlil edir; Müxtəlif şöbələr üzrə sənəd dövriyyəsini yoxlayır, sənədlərdə mövcud uyğunsuzluqları və çatışmazlıqları müəyyən edir; Şirkət daxilində həyata keçirilən satınalma, logistika, nəqliyyat, yanacaq və anbar əməliyyatlarının auditini aparır; Nəqliyyat vasitələri üzrə yanacaq sərfiyyatını, GPS məlumatlarını, marşrut vərəqlərini, reys hesabatlarını və digər əməliyyat məlumatlarını müqayisəli şəkildə analiz edir; Faktiki göstəricilərlə sistem məlumatları arasında fərqləri müəyyən edir və səbəblərini araşdırır; Əməkdaşların işə davamiyyəti, iş qrafiki, ezamiyyət və məzuniyyət məlumatlarının sistem üzrə düzgün əks olunmasına nəzarət edir; Şirkət aktivlərinin qorunması və düzgün istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirir; Risk yarada biləcək əməliyyatları əvvəlcədən müəyyən edir və rəhbərliyə müvafiq təkliflər təqdim edir; Audit zamanı aşkar olunan nöqsan, səhv və qayda pozuntuları barədə akt, arayış və hesabatlar hazırlayır; Aşkarlanmış problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmasında iştirak edir və icra vəziyyətinə nəzarət edir; Şirkətin daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər verir; Müqavilələrin, öhdəlik sənədlərinin və təsdiq proseslərinin şirkət prosedurlarına uyğunluğunu yoxlayır; Əməliyyatların qanunvericiliyə və şirkət daxili normativ sənədlərə uyğun aparılmasına nəzarət edir; Audit yoxlamaları zamanı aidiyyəti əməkdaşlardan izahat və əlavə məlumatlar tələb edir; Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında planlı və ya plandankənar audit yoxlamaları həyata keçirir; Aylıq, rüblük və illik audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir; Şirkət üzrə maliyyə itkilərinə və ya intizam pozuntularına səbəb ola biləcək halları araşdırır və nəticələr barədə rəhbərliyə məlumat verir; Daxili audit proseslərində məxfilik prinsipinə riayət edir və xidməti məlumatların qorunmasını təmin edir; Şirkətin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlayır; Audit zamanı əldə olunan məlumatları sistemləşdirir, analiz edir və arxivləşdirir; İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Koordinator-dispetçer

Tam Ştat

Vəzifə öhdəlikləri: Nəqliyyat əməliyyatları üzrə koordinator daşımaların operativ təşkili və icrasına nəzarətə cavabdehdir. Müştəri sifarişlərinə uyğun olaraq reyslərin fasiləsiz və düzgün icrasını təmin etmək. Daşıma sifarişlərinin qəbul edilməsi Nəqliyyat vasitələrinin və sürücülərin reyslər üzrə bölüşdürülməsi Avtomobillərin reysə hazır olmasının yoxlanılması Yükləmə və boşaltma prosesinə nəzarət Sürücülərlə daimi əlaqə (telefon / WhatsApp) Nəqliyyatın real vaxt rejimində izlənilməsi Reys zamanı marşrutların operativ tənzimlənməsi Yaranan problemlərin operativ həlli: gecikmələr şəhərə giriş məhdudiyyətləri (məsələn, Bakı üzrə) marşrut dəyişiklikləri fövqəladə hallar Hər bir reysin icrasına nəzarət Çatdırılma müddətlərinin izlənilməsi Reysin statusunun qeydiyyatı: çıxıb yükləmədədir yoldadır boşaltmadadır tamamlanıb Sürücülərdə aşağıdakı sənədlərin mövcudluğuna nəzarət: qaimələr, yol vərəqləri, icazələr Sənədlərin düzgün doldurulmasına nəzarət Sənədlərin ofisə / mühasibatlığa təqdim edilməsi Sürücülər tərəfindən daşınma qaydalarına riayət olunmasına nəzarət Təhlükəli yüklərin daşınması üzrə tələblərin yerinə yetirilməsinə nəzarət Cərimələrə və ya insidentlərə səbəb ola biləcək pozuntuların qarşısının alınması Sürücülərdən nasazlıqlar barədə məlumatın qəbul edilməsi Məlumatın operativ şəkildə texniki şöbəyə ötürülməsi Nasaz nəqliyyat vasitəsinin reysdən çıxarılmasına nəzarət Sifarişlərin qəbulunun təsdiqlənməsi Daşınmanın statusu barədə müştərinin məlumatlandırılması Gecikmələr və problemlər barədə operativ məlumat verilməsi Koordinator aşağıdakılara görə məsuliyyət daşıyır: Operativ məsuliyyət Reyslərin yerinə yetirilməməsi və ya pozulması Çatdırılmanın gecikməsi Nəqliyyatın düzgün bölüşdürülməməsi Təşkilati məsuliyyət Sürücülərə nəzarətin zəif olması Problemlərə gec reaksiya verilməsi Reyslər üzrə qeyri-dəqiq və ya natamam məlumat Sənədləşmə üzrə məsuliyyət Sənədlərdə səhvlər Sürücülərdə sənədlərin olmaması Sənədlərin itirilməsi Təhlükəsizlik üzrə məsuliyyət Daşınma qaydalarının pozulması Təhlükəli yüklər üzrə tələblərin yerinə yetirilməməsi İnsidentlərə səbəb olan hərəkət və ya hərəkətsizlik Koordinator yalnız məlumat ötürən şəxs deyil — o, reysi başlanğıcdan tamamlanmaya qədər idarə edən məsul şəxsdir. Əmək şəraiti: Həftədə 6 iş günü Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir İş yeri: Qaradağ rayonu, Sahil qəs. Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.