Təcrübə proqramı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
“Engin LTD” MMC “Engin Satış Məktəbi” proqramına start verir!
“Engin LTD” MMC satış və distribusiya sektorunda 25 ildən artıq təcrübəyə malik, müştəriyönümlü yanaşması və uğurlu satış nəticələri ilə bazarda öz mövqeyini formalaşdırmış şirkətdir. Şirkət peşəkar komanda mühiti, inkişaf imkanları və satış sahəsində tətbiq etdiyi müasir yanaşmalarla gənc istedadların karyera inkişafına xüsusi önəm verir.
“Engin Satış Məktəbi” iştirakçılara FMCG sektorunda real iş mühitini yaxından tanımaq, peşəkar satış komandaları ilə çalışmaq və gələcək karyeraları üçün güclü təməl formalaşdırmaq imkanı yaradır.
Proqram çərçivəsində iştirakçılar:
Real satış proseslərində praktiki təcrübə qazanacaqlar
Təcrübəli mentor və rəhbərlərlə çalışacaqlar
Müasir satış və müştəri idarəetmə yanaşmalarını öyrənəcəklər
FMCG sektorunun dinamik iş mühitində iştirak edəcəklər
Təlim və field coaching proqramlarına qoşulacaqlar
Analitik və kommunikasiya bacarıqlarını inkişaf etdirəcəklər
Güclü korporativ şəbəkənin bir hissəsinə çevriləcəklər
Proqramı uğurla tamamlayan iştirakçılar “Engin LTD” MMC-də karyera imkanları əldə edəcəklər.
Proqram haqqında:
Ödənişli (maaşlı) təcrübə proqramı
Müddət: 3 ay
İştirakçı sayı: 20 nəfər
İş qrafiki: Həftə içi 5 gün | 08:00–17:00
Tələblər:
Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Kommersiya və əlaqəli ixtisaslar üstünlükdür)
Yaş həddi: 22–26 yaş
Bəy namizədlər üçün hərbi xidmətin tamamlanması mütləqdir
Sürücülük vəsiqəsi üstünlükdür
Rus və ingilis dili bilikləri üstünlükdür
Satış və müştəri münasibətləri sahəsinə yüksək maraq
Analitik düşünmə və operativ qərarvermə bacarığı
Ünsiyyət və təqdimat bacarıqları
Komandada işləmək bacarığı
Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma
İnkişafa və öyrənməyə açıq olmaq
Gələcəyin satış peşəkarları sırasında yer almaq istəyirsinizsə, siz də “Engin Satış Məktəbi”nə qoşulun.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 055 455 49 89 , 055 455 50 10
Necə Müraciət Etmək Olar
Engin LTD MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17848
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə