Təchizat üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
Vəzifə və öhdəliklər:
Əsas və alternativ tədarükçülərin müəyyənləşdirilməsi, mütəmadi vendordakı şirkətlərin qiymətləndirilməsi, bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, müqavilə əsasında köçürmə yolu ilə alınmasını təşkil etmək;
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırması;
Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Tələblər
Təhsil: Ali
İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq
Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla
İdxal əməliyatları ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
Komanda ilə işləmək bacarığı;
Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş şəraiti:
İş qrafiki: I-V günlər, 09:00-18:00
Əmək haqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Tələblərə uyğun şəxslər CV formalarını göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Neft - Mədən Avadanlığı MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4288
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə