Təchizat üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 26 iyun 2026
Təsvir
T****ələblər
Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
Təchizat sahəsində sənəd dövriyyəsinin aparılması bacarığı
Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür
Güclü kompüter istifadəçisi, sürətli çap
MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
İş təcrübəsi – 1-3 il
Vakansiya üzrə vəzifələr
Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi
Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
Qiymətləndirmə və satınalma üzrə bütün sənədləşdirmə işlərinin sistemli şəkildə daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
Ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş şəraiti
İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
Bir aylıq ödənişli sınaq müddəti
Məhsul və xidmətlər haqqında təlimlər
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsind əqeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18643
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə