Sürücü (Ofis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Şirkətin təyin etdiyi marşrut üzrə hərəkət edilməsi;

  • Sifarişlərin təyinat yerinə rahat və təhlükəsiz şəkildə lazımi ünvanlara çatdırılmasını təmin edilməsi;

  • Şirkət tərəfindən təhkim olunmuş avtonəqliyyat vasitəsini mütəmadi texniki baxışlar keçirmək, təmiz və səliqəli saxlanılmasına nəzarət edilməsi.

İş Şəraiti:

  • 5 iş günü (09:00-18:00);

  • Əmək haqqı: 700 Azn.

  • İş yeri: Binəqədi rayonu.

Tələblər

  • Sürücülük təcrübəsi 1 ildən artıq;

  • Sürücülük vəsiqəsi- BC kateqoriyası;

  • Doblo avtomobilinin sürücülük təcrübəsi olması üstünlükdür;

  • Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmalı;

  • Azərbaycan və Rus dilini bilməli;

  • Şəhəri yaxşı səviyyədə tanımalı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12275

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya