Sürücü
Bakı
Tam Ştat
Orta Səviyyə
700 - 750 AZN
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
Biz Sizə nə təklif edirik:
Peşəkar, mehriban komandada iş;
Professional və maddi artım üçün perspektiv;
Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
Əmək haqqı 700 AZN
6 günlük iş rejimi
Uyğun namizədlərdən öz CV formalarını hr@aem-elektron.az ünvanına göndərməsi xahiş olunur.
İş haqqında
Yaş həddi 25-35.
Tələblər
Şirkət tərəfindən təmin olunmuş avtomobilin düzgün idarə olunmasını, daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
Lazım gələrsə məhsulların yüklənməsinə və boşaldılmasına kömək etmək;
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların maşına qaimə əsasında yüklənməsi və satış nöqtələrinə, müştərilərə vaxtında çatdırılmaq;
Ofisdən təqdim olunan sənədləri ünvanlara çatdırmaq;
Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
İdarə etdiyi avtomobilin sazlığı və nasazlığı barədə birbaşa rəhbərə məlumat vermək;
Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;
Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək.
Necə Müraciət Etmək Olar
AEM Elektron
Retail
AEM Elektron Azərbaycanda fəaliyyət göstərən və əsasən elektronika və məişət texnikası satışı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət müştərilərə smartfonlar, kompüter və aksesuarlar, televizorlar, məişət texnikası və digər texnoloji məhsullar üzrə geniş seçim təqdim edir. AEM Elektron həm fiziki satış nöqtələri, həm də onlayn platforma vasitəsilə xidmət göstərərək rahat alış imkanları yaradır. Şirkət fəaliyyətində orijinal məhsul, zəmanət xidməti, sərfəli qiymət siyasəti və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. AEM Elektron satış sonrası dəstək, kredit və hissə-hissə ödəniş imkanları ilə bazarda rəqabətqabiliyyətli mövqeyini gücləndirməyə və texnologiyanı daha əlçatan etməyə fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7179
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
11-50