Sürücü

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

Avtonəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun şəkildə idarə edir, Rəhbər şəxsin daşınmasını həyata keçirir, yol təhlükəsizliyini təmin edir, müvafiq sənədləşməni və hesabatları hazırlayır, avtomobilin texniki baxımını yerinə yetirir.

Tələblər

  • Ali və ya orta ixtisas təhsilli, müvafiq sürücülük vəsiqəsinə (BC kateqoriyası) malik olmalı;

  • Yaş aralığı: 50-60

  • Minimum 5 il iş təcrübəsi olmalı;

  • Sürücü Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını, əmək qanunvericiliyini və müəssisədaxili intizam qaydalarını bilməli;

  • Məxfilik, etik davranış və korporativ qaydalara ciddi əməl etməli.

Vəzifə öhdəliyi:

  • Rəhbər şəxsin təhlükəsiz, rahat və vaxtında daşınmasını təmin etmək;

  • Xidmət avtomobilini saz vəziyyətdə saxlamaq;

  • Avtomobilin texniki baxışını, sığortasını və digər sənədlərini nəzarətdə saxlamaq;

  • Yanacaq sərfiyyatına və təmizlik vəziyyətinə nəzarət etmək;

  • Marşrutları əvvəlcədən planlaşdırmaq və optimal hərəkət istiqamətini seçmək;

  • Zərurət olduqda rəhbərliyin tapşırığı ilə digər əməkdaşların daşınmasını həyata keçirmək;

  • Rəhbərliyin tapşırıqlarına əsasən rəsmi sənədlərin çatdırılması və qəbulunu təmin etmək.

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14318

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Avtomatika mühəndisi (Ağdaş)

Tam Ştat

Avtomatika mühəndisi istehsalatda və digər sahələrdə avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarı işlərinin icrası. Əsas vəzifə və öhdəliklər: İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə layihələrin hazırlanması və tətbiqi; PLC(Schneider,Siemens ), SCADA və digər idarəetmə sistemlərinin proqramlaşdırılması və sazlanması; Sahədə avtomatik idarəetmə sistemlərinin, sensorların, invertorların və istehsal avadanlıqlarının düzgün işləməsininin təmin edilməsi; Sensor, ötürücü, rele və digər avtomatika avadanlıqlarının seçilməsi və tətbiqi; Elektrik sxemlərinin oxunması və tərtib edilməsi; Avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki xidmətinin təşkili; Nasazlıqların diaqnostikası və aradan qaldırılması; Texniki sənədlərin hazırlanması (sxemlər, hesabatlar, təlimatlar); Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət; Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi; Bütün komanda üzvləri üçün təhlükəsiz və sağlam iş yerinin yaradılmasını təşviq edən SƏTƏM qaydalarına ciddi riayət olunmasını təmin edilməsi; Rəhbərinə avadanlıqlardakı dəyişikliklər, nasazlıqlar və təmir ehtiyacları barədə hesabat vermə; Tabeçiliyində olan avadanlıq və qurğuların ehtiyat hissələrinin hesabatını rəhbərliyə təqsdim edilməsi. İş yeri: Ağdaş rayonu