Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Süni İntellekt üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 yanvar 2026

Son Tarix: 16 yanvar 2026

Təsvir

  • Qlobal trendlərin monitorinqi: Süni intellekt sahəsindəki ən son yenilikləri, yeni çıxan modelləri, alətləri (SaaS) və avtomatlaşdırma texnologiyalarını gündəlik izləmək;

  • Biznes tələblərinin analizi;

  • Həllərin araşdırılması və təklifi: Aşkar edilmiş problemlərə uyğun ən effektiv AI alətlərini və ya iş axınlarını (workflows) araşdırıb komandaya təklif etmək;

  • AI arxitekturasının layihələndirilməsi: Biznes tələblərinə uyğun olaraq süni intellekt həllərinin (chatbot, RAG, avtomatlaşdırma) məntiqi strukturunu və texniki arxitekturasını qurmaq;

  • LLM və RAG sistemlərinin inkişafı: Böyük dil modellərinin (LLM) şirkət məlumatları ilə effektiv işləməsi üçün vektor axtarış sistemlərini və məlumat bazalarını inteqrasiya etmək;

  • Alqoritm və biznes məntiqinin proqramlaşdırılması;

  • Sistem inteqrasiyası (API);

  • Ağıllı agentlər və avtomatlaşdırma;

  • Məlumatların emalı (data processing);

  • Sistemlərin tətbiqi (deployment): Hazır AI həllərinin test mühitindən real iş mühitinə (production) keçirilməsi, server və bulud resurslarının idarə olunması.

Tələblər

  • Ali təhsil arzuolunandır;

  • İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);

  • Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);

  • Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);

  • Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);

  • Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);

  • Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);

  • Video, foto və vizual content yaratmağa həvəsli;

  • Vizual AI anlayışı (Midjourney, DALL* E, Leonardo, Runway, Pika kimi alətlər üzrə baza biliklər);

  • Hesabat və təqdimat etmə bacarığı (qısa analitik icmal, nəticə və tövsiyə sənədlərinin hazırlanması);

  • AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);

  • Yaradıcı düşüncə və eksperiment ruhu;

  • Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;

  • Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;

  • Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.

Müraciət zamanı aşağıdakılardan ən azı birinin göndərilməsi vacibdir:

  • Vizual kontent nümunələri;

  • İş axını / avtomatlaşdırma nümunəsi (Make, n8n, Zapier);

  • AI-la bağlı gördüyün hər hansı bir işin nümunəsi link formasında portfolio (pdf, video və.s).

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3928

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya