Ana Səhifə
Vakansiyalar

Süni İntellekt Mühəndisi

Süni İntellekt Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri

Qlobal AI trendlərinin və modellərin izlənməsi:

  • Computer Vision və AI sahəsində yeni çıxan modellər (YOLO ailəsi, transformer əsaslı vision modelləri, multimodal LLM-lər), framework-lər və SaaS həllərinin davamlı monitorinqi və praktiki test edilməsi.

YOLO və oxşar modellərlə işləmək:

  • YOLO (v5, v8 və s.) modellərinin custom dataset üzərində train və fine-tune edilməsi

  • Object detection, tracking, line-crossing, attribute extraction (yaş, cinsiyyət, obyekt tipi və s.) kimi task-ların qurulması

  • Model performansının (mAP, precision, recall, FPS) ölçülməsi və optimizasiyası

AI modellərinin öyrədilməsi və dataset hazırlığı:

  • Datasetlərin toplanması, təmizlənməsi və annotasiya proseslərinin təşkili

  • Labeling strategiyalarının müəyyən edilməsi (manual, semi-automatic, active learning)

  • Model nəticələrinin real mühitdə analiz edilməsi və iterativ təkmilləşdirilməsi

Video, şəkil və audio məlumatlarının emalı:

  • Real-time və stream əsaslı video axınları (RTSP və s.) ilə işləmək

  • Video və audio məlumatlardan AI əsaslı analitik nəticələrin çıxarılması

  • Kamera, mikrofon və edge cihazlardan gələn dataların emalı

LLM və AI sistem inteqrasiyası:

  • Böyük dil modelləri (LLM), RAG arxitekturası, embedding və vektor bazaları (FAISS, Milvus və s.) ilə işləmək

  • Vision + LLM (multimodal) həllərinin qurulması

  • AI modellərinin backend sistemlər və biznes tətbiqləri ilə inteqrasiyası

Deployment və production mühitləri:

  • AI modellərinin test, staging və production mühitlərinə çıxarılması

  • Docker, Kubernetes və CI/CD pipeline-lar vasitəsilə deployment

  • Model inference optimizasiyası (latency, resource usage, scalability)

Tələblər

  • Süni intellekt, Computer Vision və ya data elmi sahəsində minimum 1 il real praktiki təcrübə

  • Python üzrə güclü bilik

  • YOLO və oxşar detection modelləri ilə real train təcrübəsi

  • OpenCV, PyTorch və ya TensorFlow ilə işləmə bacarığı

  • Video stream, real-time video/audio məlumatlarla işləmək təcrübəsi

  • Dataset hazırlığı, annotasiya və model evaluation bilikləri

  • LLM, RAG, embedding və vektor bazaları ilə işləmə təcrübəsi

  • REST API, microservice arxitekturası, Git, CI/CD, Docker, Kubernetes bilikləri

  • Analitik düşüncə və texniki nəticələri aydın şəkildə izah etmək bacarığı

  • Agile mühitində komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı

​​​​​​​​​​​​​​Üstünlük sayılacaq bacarıqlar

  • Edge AI / kamera üzərində inference təcrübəsi

  • ONNX, TensorRT və model optimization bilikləri

  • Real retail / təhlükəsizlik / smart-city layihələrində iştirak

  • Open-source AI layihələrində contribution

​​​​​​​​​​​​​​İş şərtləri

  • İş qrafiki: B.e.–Cümə, 09:00–17:00

  • Əmək müqaviləsi: Rəsmi

  • Əməkhaqqı: Bacarıq və təcrübəyə görə müsahibə zamanı razılaşdırılacaq

​​​​​​​​​​​​​​Biz nə təklif edirik?

  • Real datasetlər, real görüntülər və production AI sistemləri üzərində işləmək imkanı

  • Mehriban və peşəkar komanda

  • Karyera inkişaf perspektivi

Maraqlanan namizədlər Müraciət etdüyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4941

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İT Biznes Analitik

Tam Ştat

Vəzifə Öhdəlikləri Software layihələləri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması) Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması Tələblərin prioritetləşdirilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması Əsas Tələblər Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi Task management alətləri ilə iş təcrübəsi AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür) Orta səviyyə UI/UX bilikləri Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı Operativ qərarvermə bacarığı və punktuallıq Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə), Rus dili arzuolunandır Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları İş Şərtləri İş qrafiki: B.e.–Cümə, 09:00–17:00 Əmək müqaviləsi: Rəsmi Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək ​​​​​​​​​​​​​​Biz nə təklif edirik? İT Biznes Analitik üçün mentorluq və inkişaf planı Real layihələr üzərində işləmək imkanı Mehriban və peşəkar komanda Karyera inkişaf perspektivi (Junior → Middle → Senior) Maraqlanan namizədlər Müraciət etdüyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.